Ayxan Hacızadə: Avropa İttifaqının bir sıra institutları Azərbaycana qarşı təxribatlara son qoymalıdır
Avropa İttifaqının mətbuat katibinin ölkəmizdə insan hüquqları ilə bağlı bu kimi qərəzli iddiaları tərəfimizdən dəfələrlə cavablandırılıb. Azərbaycanda hər hansı bir vətəndaşın siyasi əqidəsinə və ya fikirlərinə görə təqib olunduğu, özlərini jurnalist və ya hüquq müdafiəçisi kimi təqdim edən şəxslər barədə cinayət işlərinin siyasi motivli olduğu barədə fikirlər kökündən yanlışdır və qəbuledilməzdir.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun ölkəmiz əleyhinə səsləndirdiyi fikirlərə dair cavabında deyib.
O bildirib ki, dövlətə xəyanət, müəyyən fəaliyyətlərin qeyri-qanuni maliyyələşdirilməsi, qanunsuz maliyyə əməliyyatları və s. kimi bir sıra cinayət araşdırmaları ilə əlaqədar saxlanılan şəxslərin məsələsi müvafiq cinayət-prosessual qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilir və proses tam şəffafdır:
"Cinayət işlərinin və təhqiqatların, habelə məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə, təqsirləndirilən şəxslərin azad edilməsi üçün Azərbaycana çağırışların edilməsi hüquqi prosedurlarla açıq ziddiyyət təşkil edir, məhkəmə hakimiyyətinə müdaxilə cəhdidir və Avropa İttifaqının təbliğ etdiyi dəyərlərə ziddir.
Təəssüf hissi ilə qeyd edirik ki, Aİ-nin bir sıra üzv ölkələrində insanların fundamental hüquq və azadlıqlarının pozulması, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda və “sarı gödəkçələr” kimi aksiyalarda həyatlarını itirməsi, habelə Yeni Kaledoniyada aksiyaların qanla boğulması kimi hallara biganə qalması ikili standartların bariz nümunəsidir.
Avropa İttifaqının bir sıra institutları Azərbaycana qarşı təxribatlara son qoymalıdır".
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano 23 avqust tarixində “Politico” qəzetinə müsahibə zamanı, “Azərbaycanda ötən ildən bəri müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti nümayəndələrinin həbs olunduğunu” bildirərək, onların azad olunmasına dair çağırışlar edib.
Oxşar xəbərlər
XİN: Avropa İttifaqının bir sıra institutları Azərbaycana qarşı təxribatlara son qoymalıdır
XİN: AŞPA-da nümayəndə heyətimizin əleyhinə səs vermiş şəxslərin Azərbaycana səfərinə icazə verilməyəcək
XİN: AŞPA-da Azərbaycanın əleyhinə səs vermiş şəxslər, o cümlədən Şvabe “arzuolunmaz şəxslər” siyahısına salınıb
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başlayıb
-
Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir
-
Pezeşkian İƏT ölkələrini iqtisadi əməkdaşlığı gücləndirməyə çağırıb
-
Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər
-
Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq
-
Rezai: Hörmüzün blokadası ABŞ-İran toqquşmalarına səbəb ola bilər













