Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Esmeralda
Xəbər 116
Cəmi: 2186
fidann
Xəbər 53
Cəmi: 77
Ümidli gözəl
Xəbər 42
Cəmi: 85
Sol Meleyim
Xəbər 22
Cəmi: 562
_O.R.X.A.N_
Xəbər 20
Cəmi: 123
_Yene_Tenha_
Xəbər 7
Cəmi: 788
amon
Xəbər 6
Cəmi: 654
Sevgixuana
Xəbər 5
Cəmi: 17
Rehimoffa
Xəbər 1
Cəmi: 71
_Uğurböceyi_
Xəbər 1
Cəmi: 280

Son Hədiyyə

Göndərilmiş hediyyə
son nefes » Jalə

Mesaj: bayramin mubus deyerlim

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kenan0001 » 1,5 Milyon
3) ❤Hicablı❤qadın❤ » 480,4 Min
4) Sol Meleyim » 393,6 Min
5) Sensiz darixiram » 382 Min
6) _Uğurböceyi_ » 381,5 Min
7) L e o n » 354,5 Min
8) AzizA » 291,6 Min
9) _Yene_Tenha_ » 220,6 Min
10) amon » 147,2 Min
11) poppy » 145,4 Min
12) SeKeRCiK » 139,3 Min
13) Ümidli gözəl » 134 Min
14) Avara_sair » 121,9 Min
15) Nani_Fit » 85,9 Min
16) pandisim » 82,8 Min
17) sessiz musiqim » 81,4 Min
18) Elnare » 77,4 Min
19) JustWatch » 73,4 Min
20) _O.R.X.A.N_ » 73,3 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Ad Günün Mübarək !

Ad Günün Mübarək !

Ad Günün Mübarək !

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
L e o n
Şərh: 279
Cəmi: 7949
Elnare
Şərh: 128
Cəmi: 854
fidann
Şərh: 64
Cəmi: 105
son nefes
Şərh: 55
Cəmi: 55
Ümidli gözəl
Şərh: 47
Cəmi: 470
Jalə
Şərh: 46
Cəmi: 241
Esmeralda
Şərh: 44
Cəmi: 7636
Sol Meleyim
Şərh: 34
Cəmi: 1863
_O.R.X.A.N_
Şərh: 24
Cəmi: 109
Sevgixuana
Şərh: 16
Cəmi: 39

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Ümidli gözəl
Bugün 388
Cəmi: 388
Esmeralda
Bugün 244
Cəmi: 244
Sevgixuana
Bugün 232
Cəmi: 232
son nefes
Bugün 222
Cəmi: 222
_O.R.X.A.N_
Bugün 221
Cəmi: 221
L e o n
Bugün 215
Cəmi: 215
fidann
Bugün 179
Cəmi: 179
Jalə
Bugün 146
Cəmi: 146
Nani_Fit
Bugün 140
Cəmi: 140
Elnare
Bugün 131
Cəmi: 131
İslamda qadın haqları
İslam Dini Yüklə
İslamda qadın haqları
Əziz möminlər!

Bildiyimiz kimi, dünya və axirət səadətini hədəf alan İslam dini cəmiyyətin təməli olan ailəni sevgi və qarşılıqlı hörmətə əsaslanan bir qurum olaraq görmüşdür. Qurani-Kərimdə bu barədə belə buyurulmuşdur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır" (Rum, 21).

İslamda ər-arvadın bir-birləri üzərində haqları vardır və bir-birləri qarşısında müəyyən vəzifələr daşıyırlar. Ailədə kişinin qadınla necə davranmalı olduğu ilə bağlı sevimli Peyğəmbərimiz (s.ə.s.) belə buyurur: "İmanı ən kamil olan mömin əxlaq baxımından ən gözəl olandır. Ən xeyirliyiniz də xanımına qarşı ən gözəl davrananınızdır".

Ailə həyatı məsələsində də ən gözəl örnəyi təşkil edən Peyğəmbərimiz (s.ə.s.) heç bir zaman xanımlarına qarşı sərt münasibət göstərməmiş və onlarla daima xoş davranaraq, hər birinə şəfqətlə münasibət göstərmişdir.

Hörmətli müsəlmanlar!

Qadınlar Uca Allahın bizə əmanətləridir. Buna görə də bu əmanəti qorumaq hər bir kişinin vəzifəsi və borcudur. Necə ki, sevimli Peyğəmbərimiz (s.ə.s.) də Vida xütbəsində "Qadınlar sizə Allahın bir əmanətidir" deyə buyurmuşdur.

İslamiyyət qadına xüsusi önəm vermiş və cəmiyyətdə qadının rolunu yüksək dəyərləndirmişdir. Qadın insanı dünyaya gətirən və yetişdirən möhtərəm bir varlıqdır. Onun qəlbi, sevgi ilə ilmək ilmək toxunmalıdır ki, uşaqlarını o sevgiylə qorusun, böyütsün və cəmiyyətə faydalı insanlar edə bilsin. Bu baxımdan qadın ailənin və bilavasitə cəmiyyətin təməl daşıdır. Onun mükəmməlliyi cəmiyyətin mükəmməlliyi deməkdir.

Dinimiz ata-anaya gələcəyin anaları olmaları baxımından qız uşağının tərbiyəsi üzərində xüsusi həssaslıqla və sevgiylə dayanmağı tövsiyə edir. Qız uşağını baxıb böyüdənə və onu gözəl şəkildə tərbiyə edənə cənnət, həm də cənnətdə ən gözəl məqam, Rəsulullaha qonşu olmaq məqamı vəd edilməkdədir (Riyazu's-Salihin, c.1/270).

Əziz müsəlmanlar!

İslamda qadın İslam düşmənlərinin iddia etdikləri kimi, şəxsiyyəti olmayan, bu səbəbdən də ərinə tabe olmaq məcburiyyətində qalan, özünü idarə etməyi bacarmayan, ağlı inkişaf etməmiş bir varlıq deyildir. Əksinə, mehr istəmə və mülkə sahib olma haqqına sahib, şəxsiyyətli bir varlıqdır. İslamiyyət ərinə itaət edən, onunla yaxşı yola gedən bir xanımın Allahın rizasına da nail olacağını mücdələmiş və ona layiq olduğu yüksək dəyəri vermişdir.

Xütbəmizi Rəbbimizin bu bəyanı ilə bitirək: "Onlar sizin, siz də onların libasısınız... Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da kişilər üzərndə hüquqları vardır..." (Bəqərə, 187 və 228). Beləcə Uca Allah qadının kişi ilə qarşılıqlı məsuliyyətini bəyan etmişdir. Həqiqi rahatlıq və səadət isə, şübhəsiz ki, Allah və Rəsulunun əmr və tövsiyələrinə uymaqla mümkündür.

Dostlarınızla paylaşın

Şərhlər: 2
  1. Sensiz darixiram
    Allah razi olsun canm)
    -=* Medalları *=-

    -=* İmza *=-

    Sensiz darixiram sənsiz darıxır...
  2. L e o n
    Allah razi olsun.
    -=* Medalları *=-

    -=* İmza *=-



Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.