Bugün
İranda bəzi şəhərlər üzərində uçuşlar dayandırılıb İranda bəzi şəhərlər üzərində uçuşlar dayandırılıb
İranda partlayış baş verib İranda partlayış baş verib
AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
Tokatda 5,6 maqnitudada zəlzələ olub Tokatda 5,6 maqnitudada zəlzələ olub
SOCAR və “ACWA Power” “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər SOCAR və “ACWA Power” “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

19-08-2022, 19:50 704

Kəmaləddin Heydərov Şabranda yanğın baş verdiyi əraziyə gedib, xüsusi müşavirə keçirib - FOTO - VİDEO - YENİLƏNİB Kəmaləddin Heydərov Şabranda yanğın baş verdiyi əraziyə gedib, xüsusi müşavirə keçirib - FOTO - VİDEO - YENİLƏNİB Bu gün fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə respublikanın şimal bölgəsindəki yanğınlarla mübarizə tədbirlərinə həsr olu

Bu gün fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə respublikanın şimal bölgəsindəki yanğınlarla mübarizə tədbirlərinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

BAKU.WS FHN-ə istinadən xəbər verir ki, müşavirədə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və FHN-in aidiyyəti strukturlarının rəhbərləri, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis general-mayoru Oqtay Kərimov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, adı çəkilən rayonlarda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri, o cümlədən rayon prokurorları iştirak ediblər.

Müşavirədə hazırda respublikanın şimal bölgəsində yanğınlarla bağlı son vəziyyət və yanğınların tam söndürülməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.

Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsində olduğunu vurğulayaraq, yanğınların tam söndürülməsi üçün kifayət qədər potensialın mövcudluğunu diqqətə çatdırıb.

O, Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları ərazisində baş vermiş yanğınların nəzarətə götürüldüyünü, bəzi tüstülənmə ocaqlarının söndürülməsi və soyutma işlərinin davam etdirildiyini bildirib.

Nazir əlavə edib ki, yanğınların söndürülməsi əməliyyatlarına Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal Regional Mərkəzinin qüvvələri və Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 2 ədəd helikopteri cəlb olunub. Bundan əlavə, yanğınlarla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin və yerli İcra hakimiyyətlərinin canlı qüvvə və texnikaları cəlb edilib. Həmçinin, yanğınların qarşısının alınması işlərində Daxili İşlər Nazirliyi və “Azərsu” ASC-nin əməkdaşları da yaxından iştirak edirlər.

Müşavirədə baş vermiş yanğınların tam söndürülməsi istiqamətində görülən işlər geniş müzakirə olunub, zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi barədə aidiyyəti üzrə tapşırıqlar verilib.

Sonra nazir Kəmaləddin Heydərov yanğın baş vermiş ərazilərə helikopterlə baxış keçirib.

***18:02

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şabran rayonuna gəlib, xüsusi müşavirə keçirib".

BAKU.WS xəbər veirir ki, bunu report-un Şimal bürosuna açıqlamasında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev deyib.

O bildirib ki, toplantıda şimal bölgəsinin rayonlarının icra başçıları, hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib:

"Tədbirdə adiyyəti qurumların əməkdaşları Kəmaləddin Heydərova ərazidə baş verən yanğınla bağlı məruzə ediblər. Nazir müşavirənin sonunda yanğının tam söndürülməsi istiqamətində tapşırıqlar verib".

BAKU.WS
VİDEO

QALEREYA
Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Region

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb

Biznes

AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb

AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB

Region

Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB

Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb

Region

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Region

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
Tokatda 5,6 maqnitudada zəlzələ olub

Region

Tokatda 5,6 maqnitudada zəlzələ olub

Tokatda 5,6 maqnitudada zəlzələ olub
SOCAR və “ACWA Power” “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Energetika

SOCAR və “ACWA Power” “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

SOCAR və “ACWA Power” “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb

Futbol

UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb

UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb