Beyləqan rayonu M.Hüseyn küçəsində 108 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 22.08.2022-ci il tarixində saat 09:20-dən qaz təchizatı daxildən dayandırılıb.
“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, qaz təchizatının dayanması ilə əlaqədar 130 abonentin qaz təchizatında fasilə yaranıb.
Məlumata görə, Ağcabədi rayonu Kamil Nəsibov küçəsində 108 mm-lik qaz xəttində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə qaz təchizatı 22.08.2022-ci il tarixində saat 09:35-dən qaz təchizatı daxildən dayandırılıb.
Qaz təchizatının dayanması ilə əlaqədar 200 abonentin qaz təchizatında fasilə yaranıb.