Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Far.Az”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
1997-ci il təvəllüdlü Allahverdiyeva Şəbnəm Asif qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.