Rusiya və Suriya İsraildən Suriya Ərəb Respublikasının suverenliyinə hörmət etməyi və onun ərazisinə zərbələri dayandırmağı tələb edir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarı ilə danışıqlarının yekunlarına dair brifinqdə deyib.
“İyunun 10-da Dəməşq Beynəlxalq Hava Limanına edilən hücumun və ardınca Tartus limanına edilən hücumların çox narahatedici epizodu da daxil olmaqla, İsrailin Suriya ərazisinə təhlükəli zərbələr endirməsini qətiyyətlə pisləyirik. Biz İsraildən BMT Təhlükəsizlik Şurasının qətnaməsinə və hər şeydən əvvəl Suriya Ərəb Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi tələb edirik", - deyə Rusiya XİN başçısı vurğulayıb.