Kamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının qalibləri müəyyənləşib
Kamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının qalibləri müəyyənləşib.
Azərbaycan Kamandan Oxatma Federasiyasından "Report"a verilən məlumata görə, yarışlar 70 (böyüklər), 60 (gənclər) və 30 (yeniyetmələr) metr məsfələr üzrə keçirilib.
70 metr məsafəyə oxatma üzrə qadınlar arasında Yaylagül Ramazanova qızıl, Fatimə Hüseynli gümüş, Svetlana Simonovo isə bürünc medal qazanıb. Kişilər arasında Məhəmmədəli Əliyev qızıl medal əldə edib. Roman Veneqorov ikinci, Əhməd Hüseynov isə üçüncü yeri tutub.
60 metr məsafəyə oxatma üzrə qadınlar arasında Amina Şərif ən yüksək nəticəni qazanıb. Lalə Almasova ikinci, Zəhra Carçılı isə üçüncü olub. Bu məsafədə kişilər arasında İslam İsmayılov qızıl medal qazanıb. Sərdar Rəhimli gümüş, Nurlan Rəhimli isə bürünc medalla kifayətlənib.
30 metr məsafəyə atışlarda yeniyetmə qızlar arasında Leyla Əfəndiyeva bütün rəqiblərini üstələyib. Sona Rüstəmli ikinci, Fatimə Nəbiyeva isə üçüncü yeri tutub. Yeniyetmə oğlanlar arasında Məhəmməd İsmayılov qızıl medala yiyələnib. Hüseyn Məhərrəmov gümüş, Nicat Nəbiyev isə bürünc medal qazanıb.
Oxşar xəbərlər
Fərid Qayıbov: Yaylagül Ramazanovaya baxan gənc qız və oğlanlarımız kamandan oxatma yarışlarına maraq göstərəcəklər
Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatının finalçıları müəyyənləşdi - FOTO
Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək
Federasiya prezidenti: Gələn il MDB ölkələri arasında kamandan oxatma yarışı Xankəndidə keçiriləcək
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb
-
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq
-
Azərbaycan Premyer Liqası: "Sumqayıt" və "İmişli" turun son günündə qalib gəlib
-
Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr
-
Premyer Liqa: XXVIII turun son iki qarşılaşması bu gün keçiriləcək













