Top10 Müəllif

Ay üzrə xəbər statistikası
amon
Xəbər 11
Cəmi: 705
Avara_Şair
Xəbər 10
Cəmi: 620
Sol Meleyim
Xəbər 2
Cəmi: 954
Nani_Fit
Xəbər 1
Cəmi: 207

Reklam

Bir dəfə klik edin
loading.az

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,5 Milyon
3) Avara_Şair » 635,4 Min
4) ❤Hicablı❤qadın❤ » 479,2 Min
5) Sol Meleyim » 455,8 Min
6) Sensiz darixiram » 392,9 Min
7) _Uğurböceyi_ » 379,8 Min
8) L e o n » 357,2 Min
9) AzizA » 291,6 Min
10) Elnare » 220,9 Min
11) _Yene_Tenha_ » 220,2 Min
12) Ümidli gözəl » 176,5 Min
13) poppy » 145,5 Min
14) SeKeRCiK » 139,3 Min
15) amon » 134,2 Min
16) _O.R.X.A.N_ » 121,9 Min
17) Nani_Fit » 87,1 Min
18) pandisim » 82,8 Min
19) sessiz musiqim » 81,8 Min
20) Love Angel » 77,1 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Reklam

Bir dəfə klik edin
loading.az
Ad Günün Mübarək !

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Elnare
Şərh: 20
Cəmi: 1479
Sensiz darixiram
Şərh: 5
Cəmi: 3738
Sol Meleyim
Şərh: 2
Cəmi: 2078
_Uğurböceyi_
Şərh: 1
Cəmi: 2564
Tenha Canavar
Şərh: 1
Cəmi: 3
Alizade
Şərh: 1
Cəmi: 316

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Avara_Şair
Bugün 1656
Cəmi: 1656
Ümidli gözəl
Bugün 1633
Cəmi: 1633
Love Angel
Bugün 644
Cəmi: 644
Elnare
Bugün 564
Cəmi: 564
Sol Meleyim
Bugün 563
Cəmi: 563
Kənan Heydərov
Bugün 522
Cəmi: 522
_Uğurböceyi_
Bugün 505
Cəmi: 505
JokeR
Bugün 501
Cəmi: 501
L e o n
Bugün 440
Cəmi: 440
son nefes
Bugün 267
Cəmi: 267
İslamda.........
İslam Dini Yüklə
İslamda.........

Həzrət Peyğəmbər (s) buyurur: «Qadınlarınızı lazımi qaydada geyindirmək və yedirtmək sizə vacibdir». İmam Səccad (ə) buyurur: «Bazara daxil olub ailəmin istədiyi bir qədər ət almaq mənim üçün qul azad etməkdən sevimlidir». İmam Sadiq (ə) buyurur: «Ailənin himayəçiliyi və ailə üzvlərinin problemlərini həll etmək kişinin xoşbəxtliyindəndir». İmam Rzadan (ə) soruşurlar: «Bir şəxsin gənc həyat yoldaşı var. Başına gələn müsibətə görə bir ilə yaxındır ki, onunla yaxınlıq etmir. Əlbəttə, həyat yoldaşını incitmək məqsədi yoxdur. Bunun səbəbi baş verən müsibətdir. Bu kişi günahkardırmı?». İmam (ə) buyurdu: «Bəli, dörd ay keçəndən sonra günahkardır». Abuzər Rəsulullahdan (s) soruşdu: «Həyat yoldaşı ilə yaxınlıq etməyin ləzzətindən əlavə savabı da varmı?» Həzrət buyurdu: «Bu işin qeyri-qanuni nikahla görülməsi haram deyilmi?» Əbuzər «Bəli»-deyə cavab verdi. Peyğəmbər buyurdu: «Deməli, halal, qanuni nikahla görüldükdə savabdır». İslam maarifində kişinin hər dörd gecədən bir cinsi yaxınlıq məqsədilə öz həyat yoldaşının yanında yatması müstəhəbdir.

Həzrət Peyğəmbər (s) buyurur: «Bazara gedib ailəsi üçün töhfə alan şəxs, yoxsullar üçün sədəqə aparan şəxs kimidir. O, aldığı töhfəni evə apardıqda ilk olaraq qızına verməlidir. Çünki qızını sevindirən şəxs İsmayıl nəslindən bir qul azad etmiş şəxs kimidir. Öz töhfəsi ilə oğlunu sevindirən şəxs isə, Allah qorxusundan göz yaşı tökən şəxsə bərabərdir. Allah onun qorxusundan göz yaşı tökən şəxsi nemət dolu behiştinə daxil edəcək». İmam Musa ibn Cəfər buyurur: «Kişinin ailəsi onun öz ixtiyarındadır. Allah neməti hər bir şəxsə ailəsini rifahda yaşatması üçün vermişdir. Əks təqdirdə, nemət ondan alına bilər»

Həzrət Peyğəmbər (s) buyurur: «Kişinin tox, arvadın ac olmağı qadağandır». İmam Sadiq (ə) buyurur: «Kişi ailədə, xoşu gəlməsə belə, özünü üç şeyə məcbur etməlidir: mülayim davranmağa, ailənin rifahını təmin etməyə və namusuna qarşı qeyrətli olmağa». İmam Səccad (ə) buyurur: «Allah öz ailəsinin rifahını daha çox təmin edən şəxsdən razıdır». Rəsuli-əkrəm (s) buyurur: «Müsəlmanın Allaha görə həyat yoldaşı üçün aldığı şey sədəqə savabına malikdir».
Kişi öz qadınını təmiz, səliqəli, gözəl, xoşətirli görmək istədiyi kimi, qadın da öz ərini təmiz, səliqəli, gözəl, xoşətirli görmək istəyir. Bu qadını sevindirir, ürəyini açır və iffətini artırır. Özünü ərindən qeyrisi haqqında düşünməkdən qoruyur.

Həsən ibn Cəhm deyir: «Yeddinci imamın həna qoyduğunu gördüm. «Qurbanın olum, həna qoymusanmı?»-deyə ərz etdim. Həzrət buyurdu: «Bəli, kişinin özünü bəzəməsi qadının iffətinin artmasına səbəb olur. İffətini qorumayan qadınlar ərlərinin bəzənməməsi ucbatından bu yola düşmüşlər». Sonra İmam məndən soruşdu: «Məgər sən öz həyat yoldaşını çirkin, bulaşmış görmək istəyirsənmi?

İmam Rza (ə) atalarından rəvayət edir: «Bəni-İsrail qadınları iffətlərindən əl çəkdilər. Bunun səbəbi, yalnız ərlərinin özlərini bəzəməmələri idi». Sonra İmam buyurdu: «Qadın da kişinin ondan gözlədiyini gözləyir». Bəzi kişilər, həqiqətən, insafsızdırlar. Özlərinə fikir vermirlər. Vaxtlı-vaxtında təmizlik etmirlər. Bundan da acınacaqlısı odur ki, qadınlarının istənilən şəkildə onların ixtiyarında olmasını istəyirlər. Belələri zalım və əzaba layiqdirlər.

Acı dillilik, tünd xasiyyətlilik insanın tərəf müqabilini eyni şəkildə qarşılıq verməyə vadar edir.

Hədsiz söz-söhbət qadının ruhiyyəsini korlayır və yaşayışın şirinliyini azaldır.

Əli (ə) bu mövzuda kişilərə belə tapşırır: «Onlarla hər halda keçinin. Şirindil və mülayim olun. Bütün sahələrdə yaxşılıq edin ki, onlar da sizinlə eyni şəkildə davransınlar». Bəzi kişilər Allahın onlara bəxş etdiyi iradə və azadlıqlarına göz yumaraq, özlərini tam şəkildə qadınlarının ixtiyarına verirlər. Bəzi qadınlar ərlərinin ixtiyarını məhdudlaşdıraraq, ailə hakimiyyətini ələ alır və həyat miniyini istədikləri yerə sürürlər.

islamin_xezinesi
Adətən, bu növ həyat şeytani həyata çevrilir. Qeyri-şəri tələblərdən doğan böyük bir günah dalğası həyatı bürüyür. Mənəviyyatı qovaraq, ailəni ilahi və insani prinsiplərdən yayındırır.

Hazırkı ailələrin böyük əksəriyyəti bu acınacaqlı müsibətlə baş-başadır. Ailənin idarəçiliyi kişinin əlində olmaq əvəzinə, arvadın əlindədir. Kişi öz arvadının əri olmaq əvəzinə, arvad öz ərinə ərlik edir. Belə ailələrdə kişi arvadının sözündən çıxarsa, böyük bir qalmaqal baş verir. Kişi təslim olmayınca və ya onu boşamayınca, bu qalmaqal yatmır.

Əli (ə) öz ixtiyarını əldən vermiş bu tip zəif kişilər haqqında buyurur: «Öz ixtiyarını arvadının əlinə vermiş şəxs məlundur». Digər bir hədisdə buyurur: «Allah-təala qadına tam təslim olan şəxsi üzüstə cəhənnəm oduna atacaq». Soruşdular: «Necə təslim olmaq?» Həzrət buyurdu: «Belə ki, ondan bədəni görünən libas geyinməsini istədikdə qəbul edir». Bir kişi öz arvadından şikayətləndikdə, Həzrət (ə) belə qadınlar haqqında buyurdu: «Ey camaat, heç bir şəkildə qadına tabe olmayın. Ona mal tapşırmayın. Ailənin idarəsini onun ixtiyarına qoymayın. Əgər belə qadınların ixtiyarı öz əllərində olarsa, hamısını fəlakətə sürükləyər və ərlərinin əmrlərindən çıxarlar». Biz bu nəticəyə çatdıq ki, belələri ehtiyacları olduqda təqvaya riayət etməz, şəhvət qarşısında tez diz çökər və qocalıb yaşlaşana qədər qızıl-gümüş fikrində olarlar. Əllərindən bir şey gəlmədikdə qürurlu və eqoist olarlar. Onların azacıq istəkləri həyata keçirilməsə, sevgi və məhəbbətlərini tapdalayar və istənilən pis işə əl atarlar. Qorxub çəkinmədən iftira yaxar, itaətsizlikdən əl çəkməzlər.


Dostlarınızla paylaşın

Şərhlər: 2
  1. L e o n
    Maraqli xeberdi teshekkurler.
    -=* Medalları *=-

    -=* İmza *=-



  2. Sevgixuana
    əgər bütün bunlar qadınların hüququ olmasaydı belə yenədə mən bütün bunları hüquq olaraq sayardım çünki çox gözəldi
    -=* Medalları *=-

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.