Ramazan ayı təqvimi 2020

ONLAYN: 16

Qonaq: 782 Cəmi: 801
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Kənan Heydərov
Xəbər 135
Cəmi: 5421
amon
Xəbər 49
Cəmi: 833
JokeR
Xəbər 31
Cəmi: 61
Avara_Şair
Xəbər 28
Cəmi: 1540
Xaliq
Xəbər 22
Cəmi: 317
ODiNoKiY_VoLK
Xəbər 13
Cəmi: 332
GozeLoV
Xəbər 7
Cəmi: 7
Dear
Xəbər 7
Cəmi: 67
_AzƏrİ_QıZı_
Xəbər 4
Cəmi: 25
Sensiz darixiram
Xəbər 3
Cəmi: 90

Son Hədiyyə

Göndərilmiş hediyyə
_f_eride » _nermin_

Mesaj: ♡♥

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,4 Milyon
3) Sistem » 479,4 Min
4) Sol Meleyim » 455,9 Min
5) Avara_Şair » 395,5 Min
6) Sensiz darixiram » 393,8 Min
7) L e o n » 357,2 Min
8) AzizA » 291,6 Min
9) Elnare » 223,2 Min
10) _Yene_Tenha_ » 220,2 Min
11) amon » 144,9 Min
12) poppy » 144 Min
13) SeKeRCiK » 139,3 Min
14) _O.R.X.A.N_ » 120,8 Min
15) Nani_Fit » 87,1 Min
16) pandisim » 82,8 Min
17) sessiz musiqim » 81,8 Min
18) _Uğurböceyi_ » 79,8 Min
19) Ümidli gözəl » 78,2 Min
20) Xaliq » 78,1 Min

Reklam

Bir dəfə klik edin

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Elnare
Şərh: 215
Cəmi: 1752
Sensiz darixiram
Şərh: 170
Cəmi: 3974
Kənan Heydərov
Şərh: 55
Cəmi: 7772
amon
Şərh: 53
Cəmi: 798
Dear
Şərh: 49
Cəmi: 1165
Xaliq
Şərh: 35
Cəmi: 236
JokeR
Şərh: 32
Cəmi: 76
_AzƏrİ_QıZı_
Şərh: 23
Cəmi: 192
V_L
Şərh: 17
Cəmi: 52
GozeLoV
Şərh: 15
Cəmi: 34

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Kənan Heydərov
Bugün 753
Cəmi: 1180
GozeLoV
Bugün 1068
Cəmi: 1179
JokeR
Bugün 884
Cəmi: 914
Sensiz darixiram
Bugün 589
Cəmi: 609
amon
Bugün 239
Cəmi: 321
Avara_Şair
Bugün 97
Cəmi: 264
Elnare
Bugün 259
Cəmi: 259
Ümidli gözəl
Bugün 146
Cəmi: 189
_O.R.X.A.N_
Bugün 135
Cəmi: 136
_AzƏrİ_QıZı_
Bugün 116
Cəmi: 117

Reklam

Bir dəfə klik edin
İslam ümumbəşəri dindir
İslam Dini Yüklə
İslam ümumbəşəri dindir

İslam cahanşümul dindir. Bu din mesajlarını tayfa, qəbilə, millət, xalq fərqi qoymadan, indiki, gələcək zaman demədən, Asiya, Avropa, Amerika, Ərəbistan və s.-i nəzərə almadan açıq-aşkar hər kəsə təqdim edir. Dolayısı ilə o bütün bəşərə səslənir.

Bunu Muhəmmədə (s) qədər olan peyğəmbərlərin "ey qövmüm, ey qövmüm..." ifadəsinin Reyğəmbərimizin dövründə "ey insanlar" halına gəlməsində də görmək mümkündür. Həmçinin bunu təsdiq edən bir çox ayə və hədis də göstərmək mümkündür:

"Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik" ("Ənbiya" surəsi, 21/107) ayəsi, "hər peyğəmbər öz tayfasına göndərildi. Mən isə bütün bəşəriyyətə göndərildim" hədisi həmin dəryadan ancaq bir damcıdır.

Ancaq İslam dini cahanşümul olduğunu göstərərkən "mən cahanşümul bir sisteməm..." kimi iddia ilə ortaya çıxmayıb. Bəlkə o belə bir iddiadan daha çox ortaya qoyduğu maddi-mənəvi dinamikləri etibarilə cahanşümul olduğunu sübut edib. Yəni İslam dini fərd, ailə və cəmiyyət həyatımıza elə dinamiklər və mesajlar təqdim edib ki, bəşərin təbiəti ilə uyğun gələn, uzlaşan bu mesajlar onun cahanşümul din olduğunun dəlili olub.

İslam bunu qarşısına məqsəd qoyarkən əvvəlcə insanı bütün müsbət və mənfi cəhətləri ilə bir bütöv halında qəbul edib. Hissləri, arzuları, olmazz soyus isletmekı, kini, nifrəti, hirsi və məhəbbəti kimi... bütün cəhətləri ilə. Və onun gətirdiyi bu mesajlar qəbul edilən insan təbiətinin dəyərləri ilə heç vaxt toqquşmayıb. Buna görə də insan halal şəkildə axtardığı hər şeyi, hər hansı bir ziddiyyətə məruz qalmadan İslamda tapa bilər. Məsələn, fərd kamil insan olmaq istəyirsə, brahmanizm, mistisizm, buddizmdən heç nə gözləmədən İslama müraciət etməsi kifayətdir. Onun ailə nizamı, uşaq tərbiyəsi, qohumları ilə münasibətində bir problemi varsa, İslamın qaydalarına tabe olması kifayət edər. İqtisadi həyatı çətin vəziyyətdədirsə, Quran və Sünnənin hökmləri hər dərdə dərman olduğu kimi bu dərdə də əlacdır...

Bəli, İslam hər dərdə dərmandır, rububiyyət, uluhiyyət, ubudiyyət tövhidindən tutmuş ailəvi münasibətlərimizə, ictimai əlaqələrimizə kimi hamısına əlacdır. Həm də başqa bir şeyə ehtiyac qoymayacaq tərzdə.

Həmçinin İslamın çox az bir müddət ərzində Ərəbistan Yarımadasında ortaya çıxmasına baxmayaraq, Buxaraya, Sindabada, Çinə, Herakl qalasına (Herkul Bürcünə), Hindistana, Afrikaya, Bizansın qapılarına qədər gedib çıxması, getdiyi hər tərəfdə rəğbətlə qəbul edilməsi də ancaq onun mesajlarının cahanşümul olması ilə izah edilə bilər. Təsəvvür edin ki, etiqadla bağlı yüzlərlə nəzəriyyənin qol-budaq atdığı bu yerlərə İslam qılınc gücü ilə deyil, ardıcıllarının səsi və nəfəsi ilə daxil olur. Uranium atomu kimi hərəkətli, tarixdəki missiyası ilə bəşərin taleyinə hökm edən Türklər İslamla sakitləşərkən, Nirvanaya bağlanmış və ölmədən ölüm qabığına çəkilməyə namizəd olan millətlər də yenə İslamla həqiqi yaradılışı hiss ediblər.

Demək ki, bir-birindən tamamilə fərqli olan bu iki xarakter İslamın müştərək bir əsasında birləşə biliblərsə, bunun səbəbini İslamın qaydalarında axtarmaq lazımdır.

İslamın bu xüsusiyyətini kəşf edən Qərb dünyası bir inadkarlıq uğruna bu inkişafın qarşısını almaq üçün yüz illərdir var gücü ilə çalışır. İndi də bu çalışmasına davam etdiyi kimi... Əslində Avropa bir vaxtlar orta əsrlərdəki zülmətini yaşayarkən, İslam Asiyada intibah dövrünü yaşayırdı. Və bir mütəfəkkirin qeyd etdiyi kimi əgər kilsə təəssübkeşlik edib İslamın qarşısında Qədim Dövrə sığınmasaydı və şərtlə baxmasaydı, təbii ki, dünya bu günkü qaranlığı yaşamayacaqdı. Amma o gedib bütpərəstlik dövrünün düşüncələrinə sığındı və hələ də həmin mütəəssibliyini davam etdirir.

İslamın ümumbəşəriliyini onun bəşəriyyətə gətirdiyi qayda və qanunlarda axtarmaq lazımdır. O qadına, kişiyə, uşağa nə vəd edib? İqtisadi və ictimai çalxantılara qarşı necə bir sistem yaradıb? Bəşəri problemlərə necə həll yolu tapıb? Cəmiyyətdə baş alıb gedən əxlaqsızlıqların qarşısında nələr deyib? Dövlətlərin tarazlığı üçün hansı təkliflər gətirib və s. Bəli, siz bütün bunları tədqiq etdiyiniz vaxt onun fövqəlsistem, aləmşümul bir xüsusiyyətə malik olduğunu görəcək, hər kəsin dərdinə dərman olduğunu müşahidə edəcək və deyəcəksiniz ki, "İslam həqiqətən də cahanşümul dindir".

Yeri gəlmişkən qeyd etmədən ötə bilməyəcəyim bir məsələ də ondan ibarətdir ki, İslamın cahanşümul din olduğunu təkcə Quranı əsas alaraq söyləmək həqiqətə uyğun deyil. Məncə onun ümumbəşəriliyini Quran ayələri ilə yanaşı, səhih Sünnə və Raşidi xəlifələri ictihadlarının arasında da axtarmaq lazımdır.

Qısası, biz mövcud olduğumuz gündən bugünə kimi həmişə İslamın ümumbəşəriliyinə inanmışıq. Bəli, Quran və Sünnənin kifayət etməsi ilə qarşımızda bir çox "izm"lərlə ifadə edilən fikirlərin mövcudluğuna baxmayaraq, heç vaxt tərəddüd keçirməmişik. Əksinə, bunların İslamı əvəz edə bilməyəcəyinə inanmışıq. Hətta illərlə kommunizmin əsarəti altında əzilən insanların da bir gün eyni cəbhənin insanı olacağına inamımız tamdır. Kifayət edər ki, bizə İslam dinini təbliğ və təmsil etməyə imkan verilsin. Heç bir şeydən narahatçılımız yoxdur. Çünki biz İslamın fərdi, iqtisadi, ictimai, ailəvi, hərbi... yəni həyatımızı maraqlandıran hər sahədə gətirdiyi dinamiklər, təqdim etdiyi mesajlarla cahanşümul din olduğunu bilir, qəbul edir və inanırıq. 14 əsrdən bəri düşmənlərinin əziyyəti, dostlarının da vəfasızlığına baxmayaraq, İslamın hələ də təptəzə əsaslarla ayaq üstə, dimdik qalması bunun bir dəlili deyimli?

Dostlarınızla paylaşın

Şərhlər: 1
  1. L e o n
    Bir din var oda Islam dinidir vessalam.
    -=* Medalları *=-

    -=* İmza *=-



Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.