Biləsuvardan olan 11 məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb.
“Far.Az”un Muğan bürosunun məlumatına görə, həmin nəticələrə əsasən Biləsuvar məktəblərini 2023-2024-cü tədris ili üzrə bitirən 11 məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq.
Həmin tələbələrdən 3-ü Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbin, 2-si Nəsimi kənd tam orta məktəbin, 1-i Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin, 1-i Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbin, 1-i Zəhmətabad kənd tam orta məktəbin, 1-i Çinarlı kənd tam orta məktəbin, 1-i Xırmandalı kənd 1 saylı tam orta məktəbin, 1-i isə Aşağı Cürəli kənd tam orta məktəbin məzunu olub.
Qeyd edək ki, 2024 – 2025-ci tədris ili üzrə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı, demək olar ki, tam dolub. Eyni zamanda 101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub. Ümumilikdə, ilk tədris ilində universitetin bakalavriat səviyyəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.
Oxşar xəbərlər
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Qarabağ Universitetinə 980 nəfər qəbul olub
Qarabağ Universitetinə 1104 nəfər qəbul olub
Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər













