Ermənistan Müdafiə Nazirliyi “Hərbi xidmət və hərbi qulluqçu haqqında” qanuna düzəlişlər təklf edib.
Far.Az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, yeni təkliflə müddətli həqiqi hərbi xidmət keçən əsgər 60 min dollar ödəməklə xidmətini vaxtından əvvəl başa vura bilər.
Təklifin orduda müddətdən artıq hərbi xidmətə keçəcək hərbi qulluqçuların sayının artırılması və əmək haqlarının yüksəldilməsi məqsədilə atıldığı bildirilir.