Bugün
“IT HUB Azerbaijan” əmək və karyera sərgisi keçiriləcək “IT HUB Azerbaijan” əmək və karyera sərgisi keçiriləcək
Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı verib Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı verib
Serbiyalı politoloq: Qonşularla dialoq və regional əməkdaşlıq Ermənistana daha çox dividentlər gətirəcək Serbiyalı politoloq: Qonşularla dialoq və regional əməkdaşlıq Ermənistana daha çox dividentlər gətirəcək
Azərbaycanda taksilərlə bağlı yeni tələb avtomobil bazarına necə təsir edəcək? Azərbaycanda taksilərlə bağlı yeni tələb avtomobil bazarına necə təsir edəcək?
Energetika naziri Qazaxda vətəndaşları qəbul edib Energetika naziri Qazaxda vətəndaşları qəbul edib
Rusiya XİN: 102-ci hərbi baza Ermənistanın suverenliyinin yeganə təminatıdır Rusiya XİN: 102-ci hərbi baza Ermənistanın suverenliyinin yeganə təminatıdır
Tacikistanda “Crocus”da baş verən terror aktı ilə əlaqəli 9 nəfər saxlanılıb Tacikistanda “Crocus”da baş verən terror aktı ilə əlaqəli 9 nəfər saxlanılıb
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
Səfir: ABŞ Ermənistanla münasibətlərə Rusiya ilə qarşıdurma kontekstində baxır Səfir: ABŞ Ermənistanla münasibətlərə Rusiya ilə qarşıdurma kontekstində baxır
Türkiyədə hakim partiyanın sədr müavini vəfat edib Türkiyədə hakim partiyanın sədr müavini vəfat edib

24-08-2022, 14:50 623

Monqolustanda türk tarixinə aid unikal abidə kompleksi aşkarlanıb - FOTO Monqolustanda türk tarixinə aid unikal abidə kompleksi aşkarlanıb - FOTO Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji tədqiqatlar nəticəsində Arxanqay bölgəsinin

Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji tədqiqatlar nəticəsində Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Xaqana məxsus külliyə (abidə kompleksi) aşkar edilib.

Far.Az xəbər verir ki, kompleksin ümumi sahəsi 49x41,5 m-dir. Qərbdən şərqə doğru oval formada yerləşən külliyə ətrafında xəndək qazılıb, torpaq qalaqlanaraq qala inşa edilib.

Kompleksin qərb tərəfində, ərazinin ortasında dəlikli daş küp (mehrab), daş insan fiqurları, iki balası olan şir heykəli, iki qoyun heykəli var. Kompleksin girişindən şərqə doğru 51 balbal daş yan-yana düzülüb. Onların arasında beş balbal daşında Göytürklərin Aşina sülaləsinə aid “dağ keçisi” rəmzi müəyyən edilib.

Bundan əlavə, kompleksdə ibadət yerinin olduğunu sübut edən kərpic qalıqları və yola sərilən gil örtük mövcuddur.

Aşkarlanan daş kitabənin yuxarı hissəsi və onun tısbağaşəkilli bünövrəsi ibadət yerinin qarşısında aşkar edilib. Tapılan qiymətli əsərin hər iki tərəfində 12 sətir qədim türk yazısı, üçüncü tərəfində isə əski soqd qrafikası vardır.

Kəşfdə iştirak edən alimlər abidənin mətnindən “Tanrı”, “Türk”, “Kutluq”, “Tümen” kimi bir sıra sözləri oxuya biliblər. Abidənin mətnindən əldə edilən məlumatlara əsasən, Nomqon kompleksinin Göytürk Xaqanlığını yenidən qurmuş Kültegin və Bilgə Xaqanın atası İltəriş Kutluq Xaqana ithaf edildiyi qənaətinə gəlinmişdir.

Bundan əlavə, bu külliyə “Türk” adının ilk dəfə çəkildiyi Göytürk dövrünün ən qədim yazılı abidəsi kimi qəbul edilir.

Ümumilikdə Nomqon kompleksi bütün xüsusiyyətlərinə görə Bilgə Xaqan və Kültegin komplekslərinə bənzəyir. Nomqon yazısı olan abidənin yuxarı tərəfində əjdaha formasında iki canavar başı həkk olunub. Məlumdur ki, Taspar Xaqan, Bilgə, Kültegin və digər abidələrin zirvəsində xaqanlıq rəmzləri olan bu cür əjdaha şəklində, qurd başlı cizgi çəkilmişdir. Nomqon abidəsinin də Orxon abidələri kimi Göytürk dövləti üçün əhəmiyyətli bir abidə olduğu anlaşılır.

Qeyd edək ki, Akademiya Nomqon qazıntılarının nəticələrinə dair elmi nəşr hazırlayacaq və Türk dövlətlərinin paytaxtlarında təqdimatını keçirəcək. Monqolustanda Göytürk dövrü abidələrinin qazıntıları gələcəkdə də davam etdiriləcək.

Məlumat üçün bildirək ki, Nomqon düzündə qazıntı işlərinə 2019-cu ildə başlanılıb. “Covid-19” pandemiyası səbəbilə iki ildir fasilə verilən “Nomqon” ortaq qazıntıları 2022-ci ilin iyul ayında yenidən bərpa edilib.

“Nomqon-2022” ortaq qazıntılarında Beynəlxalq Türk Akademiyasının işçi qrupuna Akademiyanın prezidenti Darxan Kıdırəli, arxeoloqlar Napil Bazılxan və Nurbolat Bogenbayev daxil edilib, Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun Arxeoloji Araşdırmalar Mərkəzinin direktoru Dəmdinsurengin Tseveendorj (1949-2022) isə məsləhətçisi arxeoloq olaraq iştirak edib. Bununla yanaşı, Monqolustan Elmlər Akademiyasından Porf. Dr. Altangerelyn Enkhtor, arxeoloqlar Tserenkhandyn Buyankhishig, Gonchigyin Batbold və Narantuyagyin Tsengel, Munkhsaikhany Uuqanbayar tədqiqat heyətində yer alıb.

Bundan əvvəl də Türk Akademiyası Monqolustanda Şiveet-ulan abidəsində arxeoloji qazıntılar aparıb. 2016-cı ildə adı çəkilən vadiyə xüsusi arxeoloji ekspedisiya təşkil edib. Kutluq Xaqan dövründə tikilmiş mərasim kompleksində türk tayfalarının damğaları və müxtəlif tarixi əşyalar müəyyən edilmişdir. Bu tədqiqatların davamı olaraq 2019-cu ildə başlanan Nomqon arxeoloji qazıntıları nəticəsində İltəriş Xaqana həsr olunmuş kompleks aşkar edilib.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib

Region

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır

Region

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib

Region

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər

Region

Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər

Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır

Region

Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır

Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib

Region

Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib

Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək

Futbol

"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək

"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
Azərbaycan BƏƏ-də "İnvestment Roadshow" tədbiri keçirəcək

Biznes

Azərbaycan BƏƏ-də "İnvestment Roadshow" tədbiri keçirəcək

Azərbaycan BƏƏ-də "İnvestment Roadshow" tədbiri keçirəcək