Rusiyalı kosmonavt Oleq Artemyev orbitdən Ryazan vilayətindəki meşə yanğınlarının fotolarını çəkib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, fotoda Mərkəzi Rusiya ərazisinə yayılan 10-dan çox yanğın və tüstü əks olunub.
Qeyd edək ki, Ryazan vilayətində müşahidə olunan güclü meşə yanğınlarının tüstüsü paytaxt Moskvaya gəlib çatıb.