Bugün
Gürcüstanda ikinci əl avtomobil bazarında böhran yaşanır Gürcüstanda ikinci əl avtomobil bazarında böhran yaşanır
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı”
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Pərviz Şahbazov: "Bu il ölkədə 5 günəş-külək stansiyasının inşasına başlanacaq" Pərviz Şahbazov: "Bu il ölkədə 5 günəş-külək stansiyasının inşasına başlanacaq"
Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq
Qazaxıstanda veyp rəsmən qadağan edilib Qazaxıstanda veyp rəsmən qadağan edilib
Sahib Ələkbərov Naxçıvanda vətəndaşları qəbul edib Sahib Ələkbərov Naxçıvanda vətəndaşları qəbul edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb

26-08-2022, 10:30 465

Əli Əsədov: "Yeni reallıqlar nəqliyyat kommunikasiyalarının açılması üçün yaxşı imkanlar yaradır" Əli Əsədov: "Yeni reallıqlar nəqliyyat kommunikasiyalarının açılması üçün yaxşı imkanlar yaradır" Bu gün Baş Nazir Əli Əsədov Qırğızıstanın Çolpon-Ata şəhərində qonaq qismində Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib. Report bu b

Bu gün Baş Nazir Əli Əsədov Qırğızıstanın Çolpon-Ata şəhərində qonaq qismində Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib.

"Report" bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.

İclasda çıxış edən hökumət başçısı Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olan demək olar ki, bütün ölkələrlə sıx əlaqələrə və iqtisadi əməkdaşlığa malik olduğunu diqqətə çatdırıb. O, bildirib ki, bu münasibətlər ərazi bütövlüyünə qarşılıqlı hörmət, milli suverenlik və bir-birinin milli maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanır.

Baş Nazirin sözlərinə görə, məhz bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanan əməkdaşlıq uzunmüddətli sülhün, sabitliyin və davamlı inkişafın əsas təminatçısıdır. O, Azərbaycanın regional və qlobal miqyasda əməkdaşlığın və sülhün təmin edilməsinə, sabit təhlükəsizlik sisteminin formalaşmasına yönəlmiş strateji kursun həyata keçirdiyi vurğulayıb: "Bu kontekstdə ölkəmiz Avrasiya regionunda sülhü və dialoqu təşviq edir, əməkdaşlığın inkişafına dəyərli töhfələr verir”.

Ə.Əsədov Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın regiondakı tərəfdaşları ilə birlikdə nəqliyyat kommunikasiyalarının inkişafına, regional və kontinental ticarətin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüs və layihələrdə iştirak etdiyini qeyd edib. İclas iştirakçılarının diqqətini Azərbaycanın iqtisadi inkişafına yönəldən Baş Nazir qlobal iqtisadiyyatdakı mənfi tendensiyalara baxmayaraq, bu ilin I yarısında ölkəmizdə yaxşı iqtisadi artım templərinin qeydə alındığını bildirib.

Onun sözlərinə görə, 6 ay ərzində Azərbaycanda iqtisadi artım 6,2% təşkil edib, o cümlədən qeyri-neft iqtisadiyyatı 9,6% artıb. Ölkənin xarici ticarət dövriyyəsi isə 70%-dən çox artım nümayiş etdirib: Azərbaycan məhsullarının ixracı 2 dəfədən çox, qeyri-neft ixracı isə 25 % artıb".

Hökumət başçısı bildirib ki, Azərbaycan beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin yaradılması üzrə mühüm layihələrin həyata keçirilməsi üçün nəqliyyat infrastrukturunun modernləşdirilməsinə sərmayə qoyub və bunu etməkdə davam edir. O, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu və s. kimi bir sıra layihələrdə mühüm halqa olduğunu vurğulayıb. “Ölkəmizin ərazisindən keçən müxtəlif marşrutlar üzrə yükdaşımaların hər il yüksəldiyini müşahidə edirik. Təkcə cari ilin 6 ayında tranzit daşımalarının həcmi 50 %-dən çox artıb. Xəzərdə yeni Ələt beynəlxalq dəniz ticarət limanından daşınan tranzit yüklərin həcmi artmaqdadır. Liman infrastrukturu ildə 100 000 TEU konteyner daxil olmaqla 15 milyon tona qədər yük daşımağa imkan verir. Bununla belə, yük daşımalarının artması və bununla bağlı proqnozlar onun buraxılış qabiliyyətinin artırılmasını tələb edir. Bunu nəzərə alaraq biz limanın yükdaşıma qabiliyyətinin 25 milyon ton yükə və 500 min TEU konteynerə qədər genişləndirilməsi üzrə ikinci fazanın əsasını qoyduq”.

Ə.Əsədov diqqətə çatdırıb ki, Azərbaycan bundan sonra da Avrasiya İqtisadi İttifaqı üzrə tərəfdaşlarının ölkənin tranzit potensialından istifadə edə bilməsi üçün hər cür şərait yaratmağa hazırdır: O, ölkələri və qitələri birləşdirən nəqliyyat layihələri çərçivəsində əməkdaşlığın bütün Avrasiya məkanında sabit, firavan, ləyaqətli və proqnozlaşdırıla bilən gələcəyə töhfə verəcəyinə əminliyini ifadə edib: “Bu tezis regionda yaranmış yeni reallıqlarla daha da möhkəmlənir ki, bu da nəqliyyat kommunikasiyalarının, eləcə də yeni nəqliyyat və ticarət yollarının açılması üçün yaxşı imkanlar yaradır”.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı”

Region

Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı”

Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı”
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər

Region

KİV: İran İsrailin nüvə mərkəzini vura bilər

KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Pərviz Şahbazov: "Bu il ölkədə 5 günəş-külək stansiyasının inşasına başlanacaq"

Energetika

Pərviz Şahbazov: "Bu il ölkədə 5 günəş-külək stansiyasının inşasına başlanacaq"

Pərviz Şahbazov: "Bu il ölkədə 5 günəş-külək stansiyasının inşasına başlanacaq"
Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq

Energetika

Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq

Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq
Qazaxıstanda veyp rəsmən qadağan edilib

Region

Qazaxıstanda veyp rəsmən qadağan edilib

Qazaxıstanda veyp rəsmən qadağan edilib
Sahib Ələkbərov Naxçıvanda vətəndaşları qəbul edib

Biznes

Sahib Ələkbərov Naxçıvanda vətəndaşları qəbul edib

Sahib Ələkbərov Naxçıvanda vətəndaşları qəbul edib
Karlo Ançelotti türkiyəli futbolçuya başqa kluba keçməyi məsləhət görüb

Futbol

Karlo Ançelotti türkiyəli futbolçuya başqa kluba keçməyi məsləhət görüb

Karlo Ançelotti türkiyəli futbolçuya başqa kluba keçməyi məsləhət görüb
Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib

Futbol

Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib

Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib