Ramazan ayı təqvimi 2020

ONLAYN: 21

Qonaq: 1079 Cəmi: 1103
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Kənan Heydərov
Xəbər 120
Cəmi: 5406
amon
Xəbər 40
Cəmi: 832
JokeR
Xəbər 28
Cəmi: 57
Avara_Şair
Xəbər 26
Cəmi: 1538
ODiNoKiY_VoLK
Xəbər 10
Cəmi: 329
GozeLoV
Xəbər 5
Cəmi: 5
Dear
Xəbər 5
Cəmi: 65
Sensiz darixiram
Xəbər 3
Cəmi: 90
Sistem
Xəbər 2
Cəmi: 949
KaYiP_PrenS.
Xəbər 2
Cəmi: 2

Son Hədiyyə

Göndərilmiş hediyyə
khaliloff » RoManTiK ogLaN

Mesaj: Salam bidene tcili yazin mene isim var

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,4 Milyon
3) Sistem » 479,4 Min
4) Sol Meleyim » 455,9 Min
5) Avara_Şair » 395,5 Min
6) Sensiz darixiram » 393,6 Min
7) L e o n » 357,2 Min
8) AzizA » 291,6 Min
9) Elnare » 223 Min
10) _Yene_Tenha_ » 220,2 Min
11) poppy » 144 Min
12) amon » 142,1 Min
13) SeKeRCiK » 139,3 Min
14) _O.R.X.A.N_ » 120,8 Min
15) Nani_Fit » 87,1 Min
16) pandisim » 82,8 Min
17) sessiz musiqim » 81,8 Min
18) _Uğurböceyi_ » 79,8 Min
19) Ümidli gözəl » 78,2 Min
20) Love Angel » 77,1 Min

Reklam

Bir dəfə klik edin

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Elnare
Şərh: 181
Cəmi: 1718
Sensiz darixiram
Şərh: 144
Cəmi: 3948
Kənan Heydərov
Şərh: 50
Cəmi: 7767
amon
Şərh: 42
Cəmi: 787
Dear
Şərh: 32
Cəmi: 1148
JokeR
Şərh: 27
Cəmi: 71
V_L
Şərh: 17
Cəmi: 52
_AzƏrİ_QıZı_
Şərh: 13
Cəmi: 182
susan
Şərh: 13
Cəmi: 13
Avara_Şair
Şərh: 12
Cəmi: 326

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Kənan Heydərov
Bugün 689
Cəmi: 1116
GozeLoV
Bugün 993
Cəmi: 1104
JokeR
Bugün 803
Cəmi: 833
Sensiz darixiram
Bugün 545
Cəmi: 565
amon
Bugün 224
Cəmi: 306
Avara_Şair
Bugün 77
Cəmi: 244
Elnare
Bugün 225
Cəmi: 225
Ümidli gözəl
Bugün 146
Cəmi: 189
_O.R.X.A.N_
Bugün 135
Cəmi: 136
Sistem
Bugün 106
Cəmi: 109

Reklam

Bir dəfə klik edin
Özünü tədricən tərbiyə etmək
İslam Dini Yüklə
Özünü tədricən tərbiyə etmək
Bismilləhir-Rahmənir-Rahim!

Allaha şükürlər olsun ki, bizlərə yaşama, dərk etmə nemətləri nəsib edir. Allah Təala bizlərə bu həyatımızın içərisində etməli olduğumuz işləri həyata keçirməyi, çəkinməli olduğumuz məsələlərdən uzaq olmağı nəsib etsin!

Əməlin baş tutmasının 2 bünövrəsi

Silsilə bəhslərimizdə qeyd etdik ki, hər bir insan yaxşı əməl sahibi olmaq istəyir. İstisnasız olaraq hər bir insan yaxşı əməl etmək istəyir. İnsan yaxşı əməl nəyi bilirsə, ona can atır.

Bir misal çəkim. Bir dəfə bayramlardan birində bir uşaq Qurani-Kərimlə bağlı bilgilərini təzahür etdirirdi, müxtəlif yerlərdən suallar verilirdi, uşaq da cavab verirdi. Bu yerdə camaat onu alqışlamaq istədi. Bu toplumda insanlar bir kəsi alqışlamağın yolunu əl çalmaqda bilir, heç bir xüsusi tənzimləmə olmadan Qurani-Kərim məclisləri üçün xas olmayan bir şəkildə çox gurultulu əl çalmaqla uşağı alqışlayırdılar. Bu toplum yetmiş il Sovet dönəmini yaşayarkən sevincini, məmnunluğunu, razı qalmasını, alqışlamanı bu cür anlayıb, bundan başqa cür təsəvvürü yoxdur. Onlar bu işi yaxşı iş bilib edirdilər. Halbuki, həmin məclisə xas vəziyyət deyildi.

Deməli, bu, bir fitri məsələdir ki, hər kəs yaxşı əməl etməyə can atır. Bir qədər elmi anlamda desək, insanlar hamısı uğura can atır. İslam əxlaq sistemində yaxşı əməlin baş tutması üçün iki zəruri bünövrə var. Biri - əməlin niyyəti, biri məzmun və formasıdır.

Bir əməl zahirən gözəldirsə, amma niyyəti yaxşı olmasa, İslamın əxlaq sisteminə görə o əməl yaxşı əməl sayılmır. Və əksi də elədir - əməlin özünün niyyəti yaxşıdır, amma özü qırmızı xətlərdən kənardadırsa, Allahın bəyənmədiyi işlər çərçivəsindədirsə - bu zaman da o əməl yaxşı əməl hesab olunmur.

Niyyət öz-özünə yaxşı ola bilmir. Niyyətin yaxşı ola bilməsi üçün imanımız diri olmalıdır. İmanımız da diri olması üçün tanımamız olmalı və şövqümüz, məhəbbətimiz olmalıdır. Mərifət və məhəbbət cəmləşəndə imanın diriliyi əmələ gəlir. Bunun da üstünə gəldik ki, bu diriliyə mane olan üç amil var - həvayi-nəfs, dünyapərəstlik və şeytanın (lən) vəsvəsələri.

Ən çox tanıyanlar

Yeri gəlmişkən, tanıma ilə bağlı hədislərə diqqət edək.

Tanımağın dəyərini vurğulayan hədisdə Allahın Peyğəmbərindən (s) nəql edilir: "Sizlərin ən imanlısı - ən çox tanıyanlarınızdır".

Bu mövzuda İmam Əli (ə) buyurub: "Elm - ilk yol göstərən, (Allah Təalanı) tanıma isə onun son nöqtəsidir".

Bilik əldə etməklə tanımanın mütənasibliyi barədə İmam Hüseyndən (ə) buyurulur: "Bilik qazanmaq tanımağı daha da bərəkətli edər".

Dinimiz buyurur ki, tanımasız əməlin dəyəri yoxdur. İmam Sadiq (ə) buyurur: "Allah bilmədən, qavrayışsız heç bir əməli və heç bir əməllə müşaiyət olunmayan qavrayışı qəbul etməz. Kim qavrayışa nail olsa, bu tanıma onu əmələ doğru istiqamətləndirər. Əməli olmayanın qavrayışı da yoxdur".

Tanımanın səmərəsi

Bəs tanımanın ən səmərəli təzahürü hansıdır? İmam Əli (ə) buyurub: "Özünüdərk - ən faydalı tanımadır".

Digər yerdə İmam Əlidən (ə) nəql edilir: "Özünü dərk etməyə nail olmuş şəxs, ən böyük qələbəni qazanmışdır".

Tanıyanların mahiyyəti barədə hədisdə İmam Əlidən (ə) nəql edilir: "Özlərini ən yaxşı tanıyan insanlar - Allahdan ən çox qorxanlardır".

Digər yerdə İmam Əlidən (ə) nəql edilir: "Özünü tanıyan, Allahını da tanıdı".

Yenə də İmam Əlidən (ə): "Kimsə öz nəfsinin şərafətini başa düşsə, onu dünyanın çirkabından təmiz saxlamağa layiqdir".

İmam Sadiqdən (ə) nəql edən hədisdə isə tanımanın böyük səmərəsinə işarə edilir: "Əgər insanlar Allahı tanımağın nə qədər dəyərli olduğunu bilsəydilər, dünya həyatının bəzək-düzəyinə və onun Allah Təalanın düşmənlərinə verdiyi nemətlərinə göz dikməzdilər. Dünya, onların nəzərlərində ayaqlarının altındakı torpaqdan daha dəyərsiz olardı.

Onlar Allahı tanımaqdan, həmişə cənnət bağlarında övliyalar və Allahın dostları ilə birgə olanlar kimi bəhrələnərdilər.

Allahı tanımaq hər tənhaya munis, hər kimsəsizə dost, hər qaranlığa işıq, hər gücsüzə güc və hər xəstəyə şəfadır".

Bu mövzuda Rəsuli-Əkrəmdən (s) nəql edilir: "Allahı lazım olduğu kimi tanısaydınız, dənizlərin üstündə gəzər, dualarınızla dağları yerindən qoparardınız".

İmam Əlidən (ə) nəql edilən hədisdə isə tanımanın artması ilə təvazökarlığın güclənməsinin əlaqəsinə diqqət çəkilir: "Allahın əzəmətini dərk edənə özünü böyük sanmaq yaraşmaz. Çünki Allahın əzəmətini dərk edənlərin böyüklüyü, Onun qarşısında təvazökar olmalarına görədir".

Bəs tanımanın ən aşağı səviyyəsi nədir? İmam Musa Kazim (ə) tanımanın ən aşağı dərəcəsi haqda suala cavabında buyurmuşdur: "Tanımanın ən aşağı dərəcəsi - Allahdan başqa məbudun olmadığını, Onun tay və bənzərinin olmadığını, əzəliliyini və əbədiliyini, (vücudunun) sabitliyini, var olduğunu və yoxluğun Ona yolu olmadığını bəyan etməkdir".

Allahı necə tanımaq?

Bəs Uca Allah necə tanınır?

İmam Əli (ə) buyurub: "Hər kim Allahı vəsf edərsə, ona hədd və sərhəd qoymuş olar. Hər kim ona hədd və sərhəd qoyarsa, onu sayla saymışdır. (Onun üçün hissələr təyin etmişdir). Hər kim onu sayla sayarsa, Onun əzəliliyini batil etmişdir. "Necədir?" deyə soruşan, şübhəsiz ki, Onu vəsf etmişdir. "Haradadır?" deyə soruşan, Onu bir məkanda qərar vermişdir".

Yenə də İmam Əli (ə) buyurub: "(Allah) Birdir, ancaq sayda deyil. Daimidir, ancaq onun (əvvəli və sonu olan) vaxt anlamı ilə deyil, dayanıqlıdır, ancaq sütun və söykənəcəklərlə deyil".

"Allah daha böyükdür" deyən kişiyə İmam Sadiq (ə) buyurdu: "Allah nədən daha böyükdür?". Ərz etdi: "Hər şeydən". İmam Sadiq (ə) buyurdu: "Onu məhdudlaşdırmısan". Həmin kişi ərz etdi: "Elə isə necə deyim?" Buyurdu: "De ki, Allah vəsf olunmaqdan daha böyükdür".

İmam Hadi (ə) buyurub: "Xaliq, Onun özünü etdiyi vəsfdən qeyri vəsf edilməz. Hisslər Onu dərk etməkdə gücsüz, xəyallar Ona çatmaqda çarəsiz və düşüncələr Onun izahında aciz qaldığı, gözlər isə Onu əhatə etməkdə gücsüz olduğu halda, Tanrı necə vəsf olunar?

Vəsf edənlərin vəsfindən daha yüksək və dua edənlərin duasından daha ucadır".

İmanın diri qalmasına mane olan amillərdən necə qorunaq?

Sual budur ki, nə edək, necə edək, niyyətlərin qarısmasının qarşısında necə dayanıqlıq göstərək? Hamımızı düşündürən, fikirləşdirən məsələ məhz budur. Əxlaq ustadları buyururlar ki, labüddür ki, insanın nə etməsi üçün proqramı olsun. Əgər bir insanın hesab-kitabı, proqramı olmasa, özü üçün müəyyən etdiyi mənəvi yol xəritəsi olmasa, heç nə edə bilməyəcək.

Əgər yoxumuzdursa, deməli uğura çatmağımız, irəli getməyimiz mümkün deyil. Necə olur ki, insan dünyəvi məsələlərdə uğura çatmaq üçün bir proqram qurur, hesablamaları olur, onu ildən-ilə təkmilləşdirir və s. Bunun təzahürlərini biz bütün sahələrdə görürük. Necə ola bilər ki, bizim mənəvi həyatımız öz axarı ilə nizamlansın? Gərək bizim də sistemli proqramımız, hesablamalarımız olsun.

Əxlaq ustadları zəruri bilir ki, insanın özü ilə bağlı mənəvi proqramı olmalıdır. Bunu heç kimə elan etməyə gərək yoxdur. İnsanın özü üçün qurduğu mənəvi proqramı gizli olmalıdır. Çünki, nə qədər bildirsə, o qədər adiləşəcək və dəyərdən düşəcək.

Əllamə Misbah Yəzdi cənabları buyurur ki, bunun xüsusi bir iynəsi yoxdur ki, vursunlar, hər hansı bir həb yoxdur ki, insan onu içsin və dünyaya vurğun olmasın. Mütləqdir ki, proqram olsun.

İkinci tərəfdən, biz əmin olmalıyıq ki, bu, bir tədrici prosesdir, bir günə baş tutan məsələ deyil. Dünyəvi işlərdə də bir günə heç nə olmur. Nə dil öyrənən bir günə öyrənir, nə müalicə alan bir günə sağalır, nə idmanla məşğul olan bir günə idmançı olur və s.

Proqram olmalı və tədricilik olmalıdır. Hədəf budur ki, İlahi peyğəmbərlərin (ə) və Allahın dostlarının dostu olaq, özümüzü onların karvanına daxil edək. Əllamə Misbah Yəzdi buyurur ki, bu, bir pilləkən kimidir. Birdən-birə beşinci pilləkənə çıxmaq mümkün deyil.

Həzrət Əli (ə) Həzrət İmam Həsənə (ə) bir məktubunda tövsiyə edir. Tövsiyədə buyurur: "Özünü öyrəşdir ki, qərar verərkən həvayi-nəfsinə müqavimət etməyi bacarasan və imanla qərar verəsən".

Həzrət Əmirəlmöminin (ə) Həzrət İmam Həsənə (ə) tövsiyə edir ki, özündə bu xüsusiyyəti, bu keyfiyyəti yetişdirsin. Elə etsin ki, onda bu adət halına gəlsin, mələkəyə çevrilsin, bunu bacarsın. Səy etsin, çalışsın, əlindən gələni etsin ki, bu mövzu onda adət halına gəlib çatsın. Özündə bunu mələkə halına çatdırsın ki, bir mövzuda qərar verərkən həvayi-nəfsinin istəyi ilə deyil, şüurla, ağılla, dərklə qərar versin.

Bir gün bacardıqsa, hər gün bacaracağıq anlamına gəlmir

Əllamə Misbah Yəzdi cənabları bu buyuruşun izahında bildirir ki, əgər bu gün hər hansı bir işi yaxşı yerinə yetirdiksə, bunu bu gün üçün bacardıq. Bir gün bizdə alındı ki, həvayi-nəfsimizlə davranmayaq. Düşünməyək ki, artıq hər şey həll olub.

Biz bilməliyik ki, şeytan (lən) təzə bir hazırlıqlar, oyunlar yaradacaq, təzə vəsvəsələr icad edəcəkdir. Görəcək ki, biz bu mövzuya hazırıq - başqa mövzular tapacaq. Şeytanın (lən) həm rəngarəngliyi var, həm yeniliyi xoşlayır, həm təcrübəsi var, həm dünyaya vurğunluq kimi insanın daxilində bir müttəfiqi var, həm daxilimizdə həvayi-nəfs kimi təsir agenti var. O cümlədən, vəsvəsə etməyin də ustasıdır. Bir gün bizi bir günaha dəvət edər, görər ki, xoşumuza gəlmir, növbəti gün onu etməməklə bağlı bizi öyündürməklə azdırmağa çalışar.

Vəsvəsə edər ki, sənin kimi imanlı insan az tapılar. İnsan da düşünər ki, artıq bir yerə gəlib çatıb. Ona görə də, biz çox diqqətli olmalıyıq ki, bir gün bacarmaqla iş həll olmur. Biz çalışmalıyıq ki, o səy və çalışmanı tərk etməyək və davamlı olaraq edək.

Ən sadədən başlamaq gərəkdir

Əxlaq ustadları bu mövzuda bir neçə tövsiyələr edir. Birincisi budur ki, sadədən başlamaq lazımdır, çətindən deyil. Adətən hamımız burada səhvə yol veririk. İstəyirik ki, hər şey birdən həll olsun. Adamın bir günün qəza namazlarını qılmağa güclə halı olur, onu inandırırlar ki, hər gün on günün qəzasını qıla bilər. Həyatında bir gün qəza qılmaq təcrübəsi olmayan insan gəlib on günün qəzasını qılır. Bir gün, iki gün, üçüncü gün - nəticədə pisikir.

Deməli, sadə işlərdən başlamaq çox zəruridir. Mürəkkəbləşdirmək, çətinə salmaq - Allahın üslubu deyil.

Misal üçün, bir insan ömründə ingilis dilini öyrənməyib. Buna ibtidai yanaşmada ingiliscə çox söz vermirlər. Bəzən birinci gün müəllim ona evə heç tapşırıq da vermir. Növbəti gün bildiyi bir neçə sözü daha yaxşı öyrənməyi tövsiyə edir. Növbəti günlər bir az çox, sonra bir az da çox - beləliklə onu asandan çətinə doğru öyrəşdirirlər.

Beləliklə bu adam gələcəkdə çox rahat şəkildə günə əlli söz öyrənə biləcək. Amma bir adam birdən-birə əlli söz öyrənməyə başlasa, bir gün, uzağı iki gün öyrənəcək, sonra dil öyrənməyi bir ömür tərk edəcək.

Sonadək yerinə yetirəcəyimizə əmin olduqlarımızdan başlayaq

Bu cür olmasın ki, çətin olan bir işi yerinə yetirməyə qərar versin, iki-üç gün onu yerinə yetirsin, sonra desin ki, bacarmıram. Adam qərar verir ki, artıq mən dəyişəcəyəm, daha belə yaşamayacağam, az yeyəcəyəm, gündə on kilometr yeriyəcəyəm, hər gün üç cüz Quran oxuyacağam, əlli ayə əzbərləyəcəyəm, axşam saat onda yatacağam və s. Mütləqdir ki, bunları edə bilməyəcək. Sonra edə bilməyəndə adam özünə nifrət edir.

Bu, nə əxlaq ustadlarının, nə də övliyaların üslubudur, nə də təkamülün yoludur. Bacaracağımıza əmin olduğumuz işlərdən başlamalıyıq. Tərəddüdümüz olan işdən başlamayaq. Gərək bir işi görə biləcəyimizə əminliyimiz olsun.

Birinin tərəddüdü var ki, ziyarətə hər gün gedə bilər, ya bilməz. Adam özünə hər gün ziyarətə gedəcəyinə dair proqram qoysa, bir gün, iki gün gedəcək, sonra düşünəcək ki, bunun axırı necə olacaq? Amma əgər ayda bir dəfə gedə biləcəyinə əmindirsə, proqramını buna uyğun qursun.

Əvvəlki halda üç gün ardıcıl gedən, sonra bir il getmir. Bir də var ki, özünü çətinə salmadan ayda bir dəfə proqramlaşdırsın.

Əmin olduğumuz işdən başlamalıyıq.

Adət halına çevrilənə qədər yavaş-yavaş hərəkət edək

Digər mühüm tövsiyə budur ki, mələkə olana qədər gərək yavaş-yavaş, addım-addım irəli gedək. Məsələn, pis vərdişlərdən birdən-birə imtina etmək çətindirsə, yavaş-yavaş uzaqlaşmaq lazımdır. Yaxşı işlərlə bağlı da yavaş-yavaş irəli getmək gərəkdir. Əgər yavaş-yavaş getsə, buna öyrəşdikcə, onu etməyə şövqü meydana gələcək.

İnsan gərək öz varlığını həvayi-nəfsin təsiri altına düşməməyə adət etdirsin. Bu, insanda adət halına gəlsin ki, qərar verərkən şüur və imanla versin.

Bu mövzuda bəzi mübarək hədislərə diqqət edək.

Rəsuli-Əkrəm (s) buyurub: "İşlərin ən üstünü - az olmuş olsa belə, ən davamlı olanıdır".

İmam Əli (ə) buyurub: "Adət - ikinci (insan) təbiətdir".

İmam Əli (ə) əziz övladı İmam Həsənə (ə) tövsiyələrindən birində buyurub: "Yeniyetmə qəlbi - xam torpaqtək boşdur. Ona atılan hər bir şeyi qəbul edər. Buna görə də qəlbin bərkiməmiş və ağlın məşğul olmamış, sənə tərbiyə və ədəb verməyə tələsdim".

Yekunda başqalarının eybindənsə, öz qüsurları ilə məşğul olanların təqdir olunması barədə hədislərə diqqət edək.

Allahın Peyğəmbəri (s) buyurub: "İnsan üçün elə bu eyib bəs edər ki, camaatda eyib görsün, özündə isə görməsin, camaatı özünün tərk edə bilmədiyi işə görə danlasın, oturub-durduğu yoldaşını boş və aidiyyətsiz şeylərə görə incitsin".

İmam Əli (ə) buyurub: "Kim camaatın eyiblərini görsə, onları çirkin saysa və özündəki həmin eyibləri bəyənərsə - həqiqi ağılsızdır".

Allahım, bizlərə həvayi-nəfslə deyil, imanla qərar verməyi nəsib et!

Allahım, bizlərə özümüzlə məşğul olmaq ləyaqətini nəsib et!

Allahım, bizi Sənə doğru yaxınlaşanlardan qərar ver! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Dostlarınızla paylaşın

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.