Bugün
Rifat Sultanzadə: Azərbaycanın özəl şirkətləri Türkmənistana investisiya qoymağa hazırdır Rifat Sultanzadə: Azərbaycanın özəl şirkətləri Türkmənistana investisiya qoymağa hazırdır
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
Türkiyə hüquq-mühafizə orqanları YPG və İŞİD-in məsul şəxslərini saxlayıb - YENİLƏNİB Türkiyə hüquq-mühafizə orqanları YPG və İŞİD-in məsul şəxslərini saxlayıb - YENİLƏNİB
Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb
SOCAR: Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər SOCAR: Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər
Ankarada fabrik yanır Ankarada fabrik yanır
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
Baş nazir: Gürcüstan tezliklə Avropa İttifaqına üzv olacaq Baş nazir: Gürcüstan tezliklə Avropa İttifaqına üzv olacaq
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

19-04-2022, 23:49 844

Sahibə Qafarova Gürcüstan Prezidenti ilə görüşüb Sahibə Qafarova Gürcüstan Prezidenti ilə görüşüb Milli Məclisin sədri Sahibə Qafarova aprelin 19-da Gürcüstan

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 19-da Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən FAR.AZ-ya verilən xəbərə görə, Milli Məclisin sədrini Gürcüstanda salamlamaqdan məmnunluğunu bildirən Prezident Salome Zurabişvili belə səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb.

Qarşılıqlı əməkdaşlığın inkişafında parlamentlərin rolunu xüsusi qeyd edən Gürcüstanın dövlət başçısı parlamentlər arasındakı sıx münasibətlərin qurulmasına görə təşəkkürünü bildirib. O, Gürcüstanın və Azərbaycanın hər zaman beynəlxalq müstəvidə bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edib.

Söhbət zamanı xanım Salome Zurabişvili diasporların fəaliyyəti barədə fikirlərini bölüşüb, Azərbaycana sülh və sabitlik arzularını ifadə edib.

Milli Məclisin sədri Sahibə Qafarova nümayəndə heyətinə göstərilən qonaqpərvər münasibətə görə təşəkkürünü bildirib. Spiker qeyd edib ki, qonşu və dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlər çoxəsrlik tarixə malikdir. Müstəqillik dövründə isə bu əlaqələrimiz daha da inkişaf edib və bu il biz diplomatik əlaqələrimizin qurulmasının 30-cu ildönümünü qeyd edəcəyik.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu dostluq münasibətləri bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən illər ərzində Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlər müxtəlif sahələrdə əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradır.

Sahibə Qafarova iki qonşu və dost ölkə arasında İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın fəaliyyətini xüsusi qeyd edib. Bildirib ki, Gürcüstan Azərbaycanın həyata keçirdiyi nəhəng beynəlxalq layihələrin fəal iştirakçısıdır.

İki ölkənin parlamentləri arasında münasibətlərdən danışan spiker diqqətə çatdırıb ki, Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafında qanunverici orqanların özünəməxsus rolu var.

Parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq edirlər. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq parlament qurumlarında uğurla əməkdaşlıq edirlər.

Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında danışaraq bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib.

Spiker bildirib ki, Ermənistan ərazilərimizi işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan edib, şəhərlərimizi və kəndlərimizi dağıdıb.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan münaqişəsi artıq tarixə qovuşub və hazırda Azərbaycan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün azad edilmiş əraziləri minalardan təmizləyir, bərpa edir. Azərbaycan Ermənistana bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlanması, regionda bütün kommunikasiyaların bərpa olunması və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması barədə təkliflər verib.

Ümid edirik ki, tezliklə iki ölkə arasında sülh sazişinin imzalanması bütün regionun inkişafına və çiçəklənməsinə böyük töhfə verəcəkdir.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Rifat Sultanzadə: Azərbaycanın özəl şirkətləri Türkmənistana investisiya qoymağa hazırdır

Biznes

Rifat Sultanzadə: Azərbaycanın özəl şirkətləri Türkmənistana investisiya qoymağa hazırdır

Rifat Sultanzadə: Azərbaycanın özəl şirkətləri Türkmənistana investisiya qoymağa hazırdır
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir

Region

Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir

Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
Türkiyə hüquq-mühafizə orqanları YPG və İŞİD-in məsul şəxslərini saxlayıb - YENİLƏNİB

Region

Türkiyə hüquq-mühafizə orqanları YPG və İŞİD-in məsul şəxslərini saxlayıb - YENİLƏNİB

Türkiyə hüquq-mühafizə orqanları YPG və İŞİD-in məsul şəxslərini saxlayıb - YENİLƏNİB
Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Region

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb
SOCAR: Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər

Energetika

SOCAR: Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər

SOCAR: Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər
Ankarada fabrik yanır

Region

Ankarada fabrik yanır

Ankarada fabrik yanır
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib

Region

Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib

Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
Baş nazir: Gürcüstan tezliklə Avropa İttifaqına üzv olacaq

Region

Baş nazir: Gürcüstan tezliklə Avropa İttifaqına üzv olacaq

Baş nazir: Gürcüstan tezliklə Avropa İttifaqına üzv olacaq