Bugün
Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər
“Azərişıq” Şirvanda elektrik şəbəkəsini yenidən qurur “Azərişıq” Şirvanda elektrik şəbəkəsini yenidən qurur
Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb
Rusiya-Ukrayna müharibəsində ilk dəfə Tu-22M3 bombardmançı təyyarəsi vurulub Rusiya-Ukrayna müharibəsində ilk dəfə Tu-22M3 bombardmançı təyyarəsi vurulub
Bu ilin I rübündə Energetika Nazirliyinə 2 mindən çox müraciət daxil olub Bu ilin I rübündə Energetika Nazirliyinə 2 mindən çox müraciət daxil olub
İranda bəzi şəhərlər üzərində uçuşlar dayandırılıb İranda bəzi şəhərlər üzərində uçuşlar dayandırılıb
İranda partlayış baş verib İranda partlayış baş verib
AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb

1-09-2022, 11:00 343

"Mövcud atmosferin formalaşmasında Aİ-nin səyləri yüksək qiymətləndirilməlidir" - RƏY "Mövcud atmosferin formalaşmasında Aİ-nin səyləri yüksək qiymətləndirilməlidir" - RƏY Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüss

"Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sayca dördüncü görüşü prosesin rəsmi Bakının irəli sürdüyü, qarşı tərəfin isə qəbul etdiyi prinsiplər üzərindən irəliyə doğru aparılması və intesivləşdirilməsi baxımından uğurlu hesab etmək olar".

"Report"un məlumatına görə, bunu siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, önəmli olan məqamlardan biri və bəlkə də birincisi, bir ay müddətində hər iki ölkənin xarici işlər nazirliklərinin xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılığın əldə olunmasıdır:

"Brüsseldə keçirilən üçüncü görüşdən sonra, Ermənistanın sülh sazişindən yayınmaq, eləcə də “münaqişənin həll olunmadığı” kimi reallığı əks etdirməyən iddialarını əsaslandırmaq üçün sərgilədiyi davranışları, Cənubi Qafqazı yenidən maraqlarının poliqonuna çevirmək istəyən və bu məqsədlə sülh prosesinə zərbə vurmağa çalışan regional və regiondankənar aktorların çoxsaylı pozucu cəhdlərini də nəzərə alsaq, dördüncü görüşün gözləntiləri üstələdiyini söyləyə bilərik. Bu xüsusda, separatçı-terrorçu qrupların, qanunsuz hərbi birləşmələrin təxribatları qarşılığında həyata keçirilən “Qisas” əməliyyatının doğurduğu nəticələri, artıq tarixə çevrilmiş “Laçın dəhlizi” ətrafında həm Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində, həm Ermənistanın daxilində, həm də regional və subregional müstəvidə yaradılan ajiotajı, bölgə üçün həyati əhəmiyyət kəsb edən “Zəngəzur dəhlizi” ilə bağlı qıcıqlandırıcı manevrləri, ATƏT-in ömrünü başa vurmuş “Minsk qrupu”nun “dirildilməsi” cəhdlərini diqqətdən qaçırmamağın vacib olduğunu düşünürəm. Çünki sülh prosesinin ləngidilməsinə, əldə olunan razılaşmaların “0” nöqtəsinə qaytarılmasına, regional gündəmin dəyişdirilməsinə xidmət edən bütün bu cəhdlər, məhz Azərbaycanın prinsipial mövqeyi, uğurlu diplomatik manevrləri nəticəsində iflasa uğrayıb və Brüsseldə keçirilən dördüncü görüşdə konkret nəticənin əldə olunmasına əlverişli zəmin yaradıb".

Ekspert vurğulayıb ki, məlum olduğu kimi, ikitərəfli razılaşmalara əsasən, Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən elan olunan yeni sənəddə “Qarabağ”, nə də “ATƏT-in Minsk qrupu” ilə bağlı hər hansı bir məqam yer almayıb:

“Yəni mahiyyət etibarilə, “Minsk qrupu” formatının tamamilə sıradan və gündəmdən çıxdığı barədə reallıq növbəti dəfə öz təsdiqini tapıb, “Qarabağ” mövzusunun isə Azərbaycanın daxili işi olduğu istisnasız olaraq qəbul edilib. Hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Avropa İttifaqının vasitəçilik formatı var və bu format çərçivəsində həyata keçirilən proses Azərbaycanın irəli sürdüyü 5 təməl prinsip üzərindən inkişaf etdirilir. Bütövlükdə, görüşdə müzakirə olunan bütün istiqamətlər, o cümlədən sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, minalanmış ərazilər, Birinci Qarabağ müharubəsində itkin düşən Azərbaycan vətəndaşları ilə əlaqədar məsələlərlə bağlı irəliləyişin əldə olunması, prosesin müsbət dinamika ilə inkişaf etdirildiyinin göstəricisi kimi dəyərləndirilə bilər. Qənaətimə görə, mövcud atmosferin formalaşmasında Avropa İttifaqı Şurasının Prezidentinin səylərini də yüksək qiymətləndirmək lazımdır”.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Region

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb

Biznes

AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb

AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB

Region

Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB

Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb

Region

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Region

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
Tokatda 5,6 maqnitudada zəlzələ olub

Region

Tokatda 5,6 maqnitudada zəlzələ olub

Tokatda 5,6 maqnitudada zəlzələ olub
SOCAR və “ACWA Power” “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Energetika

SOCAR və “ACWA Power” “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

SOCAR və “ACWA Power” “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb

Futbol

UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb

UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb