Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Guluw sebebim
Xəbər 3
Cəmi: 37
MarveL
Xəbər 1
Cəmi: 73
Elnare
Xəbər 1
Cəmi: 78
Луна
Xəbər 1
Cəmi: 142

Son Hədiyyə

Göndərilmiş hediyyə
heyatimin menasi » Xaliq

Mesaj: seni sevirem

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 507,4 Min
2) Esmeralda » 371,5 Min
3) L e o n » 357,2 Min
4) amon » 305,6 Min
5) Guluw sebebim » 305 Min
6) Elnare » 304,5 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 266,5 Min
9) _Yene_Tenha_ » 220,2 Min
10) Ay_işığı » 190,6 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Guluw sebebim
Şərh: 2
Cəmi: 237
Xaliq
Şərh: 2
Cəmi: 928
Elmar_Z_Ov
Şərh: 2
Cəmi: 2
Elnare
Şərh: 1
Cəmi: 2932
MarveL
Şərh: 1
Cəmi: 1168
Луна
Şərh: 1
Cəmi: 738
_pandam_
Şərh: 1
Cəmi: 3460
amon
Şərh: 1
Cəmi: 1004

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Guluw sebebim
Bugün 101
Cəmi: 101
amon
Bugün 100
Cəmi: 100
MarveL
Bugün 92
Cəmi: 92
Xaliq
Bugün 65
Cəmi: 65
Elmar_Z_Ov
Bugün 12
Cəmi: 12
Луна
Bugün 10
Cəmi: 10
GozeLoV
Bugün 3
Cəmi: 3
_pandam_
Bugün 1
Cəmi: 1

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) Guluw - 7 saat 44 deq.
2) amon - 3 saat 11 deq.
3) Луна - 3 saat 5 deq.
4) MarveL - 2 saat 34 deq.
5) Xaliq - 2 saat 2 deq.
6) Elmar_Z_Ov - 1 saat 27 deq.
7) Avara_Şair - 42 deq.
8) _pandam_ - 24 deq.
9) Elnare - 11 deq.
10) GozeLoV - 8 deq.
Arıqlamaq üçün bu vasitələr xərçəng yaradır - Ehtiyatlı olun!
Məsləhətlər / Sağlamlıq Yüklə
Arıqlamaq üçün bu vasitələr xərçəng yaradır - Ehtiyatlı olun!
Artıq çəkidən azad olmaq və həmişə formada qalmaq hər bir qadının arzusudur. Xanımlar bu arzularını gerçəkləşdirmək üçün müxtəlif üsullardan istifadə edir.


İdmanla məşğul olmağa və pəhriz saxlamağa tənbəllik edən qadınlar isə daha asan üsullara əl ataraq arıqlama dərmanları qəbul edirlər.


Hər gün televiziya ekranlarında və müxtəlif lövhələrdə reklamları ilə rastlaşdığımız bu dərmanlar apteklərdə reseptsiz satılır. Bu arıqlama vasitələrini apteklərdə bitki çayları, kofe və həblər şəklində görmək olar.


Mütəxəssislər gözəl görünmək xətrinə arıqlama həblərindən istifadə edənlərə dəfələrlə xəbərdarlıq edərək bildiriblər ki, bu dərmanlar orqanizmdə fəsadlar yarada, hətta ölümə səbəb ola bilər.


Saglamolun.az Trend-ə istinadən bildirir ki, həkim-konsultant Yazgül Abdiyevanın dediyinə görə, arıqlama dərmanları vasitəsilə çəki atmaq məsləhət deyil:


"Dərman onu qəbul edəndən sonra mədədə parçalanır və mərkəzi sinir sisteminə toxluq siqnalı gedir. Əslində isə insan özü ac olur. Bu dərmanlar əsasən on beş gün, ya da bir ay qəbul edilir, həmin müddət ərzində adam özünü tox hiss edir, yemək yemir və arıqlayır, amma dərmanın qəbulu bitəndən sonra yenə aclıq hissi yaranır və insan yenə əvvəlki kimi yeyir, nəticədə kiçilmiş mədə yenidən böyüyür. Arıqlama dərmanları təyin olunmuş miqdardan artıq istifadə olunduqda insanın səhhətində müəyyən problemlər yaradır".


Y.Abdiyeva qeyd edib ki, bu preparatlar sinir sistemində müəyyən pozuntular, mədə və bağırsaqda problemlər yarada bilər. Bu dərmanlardan istifadə edən qadınlarda ginekoloji xəstəliklər, sonsuzluq, hətta xərçəng müşahidə oluna bilər. Onlardan istifadə edənlərdə daha çox sinir sisteminin pozulması və mədədə yara olur:


"Dietoloqlar arıqlamaq üçün iradəni gücləndirmək, düzgün pəhriz saxlamaq və fiziki hərəkətlə məşğul olmağı məsləhət görürlər. Artıq kilolardan azad olmaq istəyən qadınlara tövsiyələr budur ki, orqanizmdə toxluq hissi yaratmaq üçün yeməkdən əvvəl ilıq su içsinlər. Bu, mədədə toxluq hissi yaradır və insan az yemək yeyir. Səhər yeməyindən imtina da yanlış fikirdir, səhər yeməyi çox vacibdir. Naharda da istənilən yeməyi qəbul etmək olar, amma axşamlar çalışmaq lazımdır ki, yemək az yeyilsin və daha çox meyvə, tərəvəzə üstünlük verilsin".


Y.Abdiyeva əlavə edib ki, arıqlama dərmanlarının çoxunun təlimatlarında onların istifadəsi ilə bağlı məlumatlar yoxdur və yaxud qeyri-dəqiqliyə yol verilir. Vətəndaşlar da sadəcə reklamlara baxaraq onları alıb istifadə edirlər və nəticədə də fəsadlar yaranır:


"Arıqlama üçün istifadə edilən dərmanlar öz təsir mexanizmləri ilə fərqlənirlər. Onların bəziləri piylərin həddindən artıq yanmasına, toxluq hissi yaratmağa, iştahın azalmasına xidmət edir. Bəziləri isə süni surətdə bədəndə katabolizmi gücləndirir, orqanizmdə maddələr mübadiləsini sürətləndiyindən bədəndəki yağlar daha çox əriyir. Bu vasitələrin bəziləri isə oyandırıcı təsirə malikdir. Belə dərmanlar orqanizmdə duz mübadiləsini pozur, uzun müddət ishal yaradır, bağırsaqdan sorulmanın qarşısını alır. Qidalanma düzgün olmadıqda orqanizmdə əvəz olunmayan amin və yağ turşusunun konsentrasiyası aşağı düşür. Bədəndə əvəz olunmayan amin turşuları, yağlar var ki, onlar qəbul edilməyəndə maddələr mübadiləsi pozulur".


Həkim-konsultant əlavə edib ki, bu zaman psixi təsirlər də baş verir və onların çoxu bərpa olunmur.


Arıqlama prosesinin həkim nəzarəti altında olmasını vacib sayan Y.Abdiyevanın sözlərinə görə, xaricdə arıqlama dərmanları az hallarda reseptsiz satılır: "Bizdə də isə bu dərmanların hamısı sərbəst şəkildə satışa buraxılır və nəticədə də xeyli problemlər yaşanır, lakin onun statistikası verilmir. Nəzarət olmadan, məsləhətləşmədən tanınmayan dərmanı qəbul etmək tamamilə məqsədəuyğun deyil".


Y.Abdiyeva deyib ki, arıqlama zamanı orqanizmdə çox ciddi proseslər gedir. Orqanizm çəki itirdikcə, ilk olaraq depolaşmış piylər əriyir. Bununla yanaşı, bədəndə zülal istehsalı azalır, amin turşuların, zülalların kənardan daxil olmaması zülal tərkibini azaldır və orqanizmdə distrofik proseslər baş verir, bu proseslərin çoxu geridönməz hal alır, nəticədə orqanizm çox ciddi bir duruma məruz qalır və sonradan bunları bərpa etmək çətinləşir. Eyni zamanda daxili orqanların sallanması halları baş verir. Ona görə də bu kimi dərmanların özbaşına qəbul edilməsi yolverilməzdir.


Y.Abdiyeva bildirib ki, arıqlama dərmanları ishal yaradır, amma içməyəndə qəbizlik yaranır. Bu da zamanla yoğun bağırsağın xərçənginin yaranmasına gətirib çıxara bilər.


O əlavə edib ki, arıqlama üçün istifadə olunan fenilpropanolamin və kofein tərkibli preparatlar insanda hipertenziya yaradır, yəni qan təzyiqini yüksəldir. Bütün arıqlama dərmanları psixoz, asılılıq, baş ağrıları, aritmiya (nəbzin qeyri-müntəzəmliyi), hətta ürək tutmaları və infarkta gətirib çıxara bilər. Qəbul olunan qidanın həzminə imkan verməyən və bağırsaqişlədici kimi istifadə olunan preparatlar isə bədəndə çox su itkisinə səbəb olur. Bu dərmanlar hətta böyrək çatışmazlığı kimi ağır xəstəliklərə də səbəb ola, eyni zamanda depressiya da yarada bilər.


Y.Abdiyeva əlavə edib ki, arıqlama üçün tətbiq edilən pəhrizlər də orqanizmdən asılı olaraq fərqləndirilməlidir: "İlk növbədə pəhrizin əsas məqsədi bədəndə toplaşan, əlavə yük yaradan maddələrin orqanizminə daxil olmasının qarşısını almaqdır. Yəni çalışılmalıdır ki, artıq kalorilər və həmin maddələr rasionda olmasın və yaxud müəyyən qədər olsun. İkinci məsələ budur ki, bəzən rasionda hansısa bir maddənin çatışmaması orqanizmi məcbur edir ki, depolaşmış piyləri həmin maddəyə çevirsin. Yəni pəhrizlərin bir xüsusiyyəti passiv yolla depolaşan həmin maddələrin miqdarını azaltmaq, digər rolu isə orqanizmi prosesə qoşaraq piyləri təkrar istehsala, zülal və digər maddələrin istehsalı üçün xammala çevirməkdən ibarətdir. Bu da sonda arıqlama ilə müşahidə olunur. Ona görə də bunların hamısı həkim nəzarəti altında olmalıdır".

Dostlarınızla paylaşın

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.