Futbol üzrə Azərbaycan Premyer Liqasında V turunda daha bir görüş keçirilib.
"Far.Az"un məlumatına görə, "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib – 1:0.
Yeganə qolu Tovuz klubunun kamerunlu hücumçusu Runi İva Vankevay vurub. O, 85-ci dəqiqədə fərqlənib.
Bu nəticədən sonra Ayxan Abbasovun yetirmələri turnir cədvəlində 7 xalla 5-ci sıraya qalxıb. "Şamaxı" isə 1 xalla 9-cu yerdədir.
Qeyd edək ki, turun açılış matçında "Qarabağ" "Kəpəz"i 1:0 məğlub edib. V turun "Neftçi" - "Sumqayıt" oyun sentyabrın 3-də, "Sabah" - "Səbail" və "Zirə" - "Qəbələ" qarşılaşmaları sentyabrın 4-də baş tutacaq.