Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Hüseyn Seyidzadə küçəsində baş verib.
1986-ci il təvəllüdlü Mustafayev Zümrüd Şükür qızı yolun piyadalar üçün müəyyən edilmiş hissəsindən yolu keçirdi.
Bu zaman onu “Honda” markalı avtomobil vurub.
Sürücü avtomobili ilə ərazidən uzaqlaşıb.
Piyadanın sağ ayaq, qol sümükləri sınıb.
Bundan başqa o ağır kəllə-beyin travması alıb.
Yaralı dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, o cərrahi əməliyyat edilib. Lakin qadının siniri tamamilə məhv olub.