Bugün
Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidini müzakirə edib Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidini müzakirə edib
Azərbaycan IEA ilə enerji səmərəliliyi üzrə yol xəritəsinin hazırlanmasını müzakirə edib Azərbaycan IEA ilə enerji səmərəliliyi üzrə yol xəritəsinin hazırlanmasını müzakirə edib
Ermənistan XİN rəhbəri: Rusiya ilə münasibətlər yüksək səviyyədə deyil Ermənistan XİN rəhbəri: Rusiya ilə münasibətlər yüksək səviyyədə deyil
Gürcüstanda ikinci əl avtomobil bazarında böhran yaşanır Gürcüstanda ikinci əl avtomobil bazarında böhran yaşanır
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı”
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Pərviz Şahbazov: "Bu il ölkədə 5 günəş-külək stansiyasının inşasına başlanacaq" Pərviz Şahbazov: "Bu il ölkədə 5 günəş-külək stansiyasının inşasına başlanacaq"
Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq
Qazaxıstanda veyp rəsmən qadağan edilib Qazaxıstanda veyp rəsmən qadağan edilib
Sahib Ələkbərov Naxçıvanda vətəndaşları qəbul edib Sahib Ələkbərov Naxçıvanda vətəndaşları qəbul edib

6-09-2022, 10:40 331

İlham Əliyev “ADEX-2022”nin iştirakçılarına və qonaqlarına müraciət edib İlham Əliyev “ADEX-2022”nin iştirakçılarına və qonaqlarına müraciət edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına müraciət edib. Far.Az xəbər verir ki, mürac

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına müraciət edib.

Far.Az xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli sərgi iştirakçıları və qonaqlar!

Sizi “ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin açılışı münasibətilə salamlayır və bütün iştirakçılara uğurlar arzulayıram.

Artıq ənənəvi xarakter almış “ADEX” sərgisi hərbi-texniki əməkdaşlığın inkişafı, ən müasir silah, texnika və texnologiyaların nümayiş etdirilməsi üçün mühüm platformaya çevrilmişdir. Sərgi dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət və təşkilatları, rəsmi nümayəndə heyətlərini və mütəxəssisləri eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulması və yeni müqavilələrin imzalanması üçün geniş imkanlar yaradır.

“ADEX-2022” Vətən müharibəsində qazanılmış parlaq qələbədən sonra Azərbaycanın təşkil etdiyi ilk beynəlxalq müdafiə sərgisidir. Tədbirdə real döyüş əməliyyatları zamanı uğurla sınaqdan çıxmış yerli hərbi təyinatlı məhsulların nümayiş etdirilməsi onun əhəmiyyətini daha da artırır.

XXI əsrin müharibəsini aparmış Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi bu gün inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində diqqətlə öyrənilir. Son dərəcə çətin relyef şəraitində ən müasir döyüş silahlarını tətbiq etməklə Azərbaycan Silahlı Qüvvələri düşmənin möhkəmləndirilmiş müdafiə xətlərini yarmış və sürətlə irəliləyərək cəmi 44 gün ərzində onu təslim olmağa məcbur etmişdir. Azərbaycanın tarixi qələbəsi göstərdi ki, hərbi sahədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müasir ordu quruculuğu, ölkənin hərbi qüdrətinin yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi son dərəcədə əhəmiyyətlidir.

Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir. Ölkəmiz hərbi-texniki sahədə dünyanın qabaqcıl dövlətləri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi sahəsində də imkanlarını genişləndirir. Hazırda Azərbaycan aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 50-dən çox ölkəsinin aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir, ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan məmulatların həcmi ildən-ilə artır.

Biz qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirməklə Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik.

Əminəm ki, “ADEX-2022” sərgisi faydalı təcrübə mübadiləsinin aparılmasına, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına əlverişli imkan yaradacaq və Azərbaycanın müdafiə sənayesinin elmi-texnoloji potensialının artırılmasına öz müsbət töhfəsini verəcəkdir".

Far.Az
Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı”

Region

Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı”

Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı”
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər

Region

KİV: İran İsrailin nüvə mərkəzini vura bilər

KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Pərviz Şahbazov: "Bu il ölkədə 5 günəş-külək stansiyasının inşasına başlanacaq"

Energetika

Pərviz Şahbazov: "Bu il ölkədə 5 günəş-külək stansiyasının inşasına başlanacaq"

Pərviz Şahbazov: "Bu il ölkədə 5 günəş-külək stansiyasının inşasına başlanacaq"
Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq

Energetika

Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq

Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq
Qazaxıstanda veyp rəsmən qadağan edilib

Region

Qazaxıstanda veyp rəsmən qadağan edilib

Qazaxıstanda veyp rəsmən qadağan edilib
Sahib Ələkbərov Naxçıvanda vətəndaşları qəbul edib

Biznes

Sahib Ələkbərov Naxçıvanda vətəndaşları qəbul edib

Sahib Ələkbərov Naxçıvanda vətəndaşları qəbul edib
Karlo Ançelotti türkiyəli futbolçuya başqa kluba keçməyi məsləhət görüb

Futbol

Karlo Ançelotti türkiyəli futbolçuya başqa kluba keçməyi məsləhət görüb

Karlo Ançelotti türkiyəli futbolçuya başqa kluba keçməyi məsləhət görüb
Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib

Futbol

Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib

Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib