Qərbi Azərbaycan Xronikası: Türklər yaşadıqları hər yerdə qaya üstündə təsvir yaradırdılar
Far.Az xəbər saytı

Qərbi Azərbaycan Xronikası: Türklər yaşadıqları hər yerdə qaya üstündə təsvir yaradırdılar


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

Far.Az xəbər verir ki, "Türklər yaşadıqları hər yerdə qaya üstündə təsvir yaradırdılar" adlı buraxılışda sənətşünaslıq üzrə fəlsəfə doktoru Türkan Abbaslı türklərin yaratdıqları təsvirlərin mənasından söz açıb.

O bildirib ki, türklər tarixi işarələrlə qayalara, xalçalara həkk edirdilər. Eyni zamanda təbiəti şüurlu varlıq kimi qəbul edirdilər. Türklər yaşadıqları hər yerdə qaya üstündə təsvir yaradırdılar.

T.Abbaslı qam-şaman adətlərinin izahını verib, təsvirlərdə verilən heyvan obrazlarının mənası, insan dua edən vəziyyətdə heykəlin qoyulmasının sirri və göy cisimlərinin insan həyatına təsirindən söz açıb, qartal uçuşunun hansı ilahi xəbərin çatdırıcısı olmasına aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Oxşar xəbərlər

"Türklər tarixi işarələrlə qayalara, xalçalara həkk edirdilər" - Qərbi Azərbaycan Xronikası
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qərbi Azərbaycan Xronikası: "Gümrü Kimmer türk tayfasının adını əks etdirir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər