Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Far.Az-ya bildirib ki, paytaxtın Fətəli xan Xoyski küçəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısından metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində asfalt örtüyünün dəyişdirilməsi məqsədi ilə müvafiq işlərin aparılması nəzərdə tutulub.
“Sürücülərdən xahiş edirik ki, həmin istiqamətdə hərəkətə üstünlük verməsinlər. Bu işlərin sentyabrın 12-si, səhər saatlarına qədər yekunlaşması nəzərdə tutulub. Anlayış göstərdiklərinə görə bütün sürücülərə təşəkkür edirik”, - o qeyd edib.