Ucar xəstəxanasında fövqəladə hallarda davranış qaydaları ilə bağlı təlim keçirilib - VİDEO
Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Ucar Rayon Mərkəzi Xəstəxanasında "Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə" mövzusunda təlim keçirilib.
Bu barədə Far.Az-ə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Aran Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd tibb müəssisəsinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.
Əvvəlcə, təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən xəstəxananın kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.
Sonra təlimin praktiki hissəsinə start verilib. Belə ki, şərti yanğın zamanı "Həyəcan" siqnalı verildikdən sonra FHN-in yanğın-xilasetmə bölmələri operativ qaydada hadisə yerinə çataraq xəstəxananın müvafiq personalı ilə əlaqəli şəkildə obyektin təxliyə planına uyğun insanların təhlükəsiz yerə təxliyəsini həyata keçirib, paralel olaraq "yanğınla mübarizə" tədbirləri yerinə yetirilib, habelə şərti xəsarət almış şəxslərə "ilkin yardım göstərilib".
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunur.
Qalereya
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Gənclik Mall”da şərti yanğın söndürülüb - FOTO/VİDEO
FHN “Gənclik Mall”da təlim keçirib - VİDEO
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə XƏBƏRDARLIQ - Bu tarixlərdə SU OLMAYACAQ
-
Alyona Əliyeva Lənkəranda Baytarlıq Klinikasının açılışı ilə bağlı paylaşım edib
-
COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib
-
Antonio Konte: "Qarabağ" Çempionlar Liqasının sürpriz komandasıdır
-
Gəncədə yeniyetmə bıçaqlanıb
-
"Qarabağ"ın ÇL-dəki oyununa məşhur hakim təyin olundu













