Pep Qvardiola “Mançester Siti”nin baş məşqçisi kimi 250-ci qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssisin yubileyi Premyer Liqanın “Brayton”la matçına təsadüf edib.
Bu görüşdə mançesterlilər 3:0 hesabı ilə qalib gəlib. Qvardiola komandadakı 344-cü sınağında 250-yə çatıb.
Bu, İngiltərə yüksək liqa klublarının məşqçiləri üçün rekord göstəricidir. Joze Mourinyo 250-ci qələbəsini 396-cı, Kenni Dalqliş 429-cu, Arsen Venger 433-cü, Don Revi 439-cu oyununda əldə edib.