Hüseyn Həsənov axtarışa verilməsini şərh etdi
- Режиссер: Адам Вингард
- Жанр:Фантастика, комедия
- Сценарист: Джош Шеффер
- Актеры: Александр Скарсгард, Милли Бобби Браун, Ребекка Холл, Брайан Тайри Генри, Сюн Огури, Эйса Гонсалес, Джулиан Деннисон, Лэнс Реддик
- Дата выхода:2 июня 2022
- Перевод: Дубляж
Про что фильм "Hüseyn Həsənov axtarışa verilməsini şərh etdi"
Bloqer Hüseyn Həsənov Rusiyada axtarışa verilməsi və qiyabi həbs qərarı ilə bağlı şərh verib.
Far.Az xəbər verir ki, o, bu barədə "Instagram" səhifəsində yazıb:
"Bəli, "qiyabi həbs" sözü qorxuducu səslənir, amma əslində hər şey o qədər də dramatik deyil. Bütün vergi məsələləri ötən il həll edilib. Hüquqşünaslarım bu vəziyyətlə məşğuldurlar", - bloqer bildirib.
Xatırladaq ki, Rusiyada Həsənov barəsində xüsusilə böyük miqdarda pul vəsaitinin leqallaşdırılması ilə bağlı cinayət işi açılıb. Ona qiyabi həbs qətimkan tədbiri seçilib. Bloqeri 7 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, Hüseyn Həsənov 2019-2021-ci illərdə 170 milyon rubldan çox (təxminən 3,6 milyon manat) məbləğində vergidən yayınmaqda ittiham olunur.
***19:15
Azərbaycanəsilli bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib və barəsində qiyabi həbs qərarı çıxarılıb.
Bu barədə Far.Az TASS-a istinadən xəbər verir.
H.Həsənov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsi (çirkli pulların yuyulması) ilə qiyabi ittiham olunub. Hazırda həbs qərarından apellyasiya şikayəti verilir.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, bloger axtarışda olanlar siyahısına salınıb.