Bugün
KİV: ABŞ “Crocus City Hall”dakı terror aktı ilə bağlı bütün məlumatları Rusiyaya ötürməyib KİV: ABŞ “Crocus City Hall”dakı terror aktı ilə bağlı bütün məlumatları Rusiyaya ötürməyib
Ukrayna SQ üçün “Zirehli döyüş texnikası Koalisiyası” yaradılıb Ukrayna SQ üçün “Zirehli döyüş texnikası Koalisiyası” yaradılıb
Gürcüstanda ölüm halları artıb, yeni doğulanların sayı azalıb Gürcüstanda ölüm halları artıb, yeni doğulanların sayı azalıb
Qırğızıstanın əmək nazirliyi: Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir Qırğızıstanın əmək nazirliyi: Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb “Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb
Rusiya NATO-nu münaqişəyə hazırlaşmaqda ittiham edib Rusiya NATO-nu münaqişəyə hazırlaşmaqda ittiham edib
Rusiya XİN Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır Rusiya XİN Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Ermənistan MTX “Zvartnots” aeroportunda xidmətə qəbul elan edib Ermənistan MTX “Zvartnots” aeroportunda xidmətə qəbul elan edib
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib “Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

10-09-2022, 20:40 562

Jestlərlə ünsiyyət bacarığı: Bədənimizin dilini nə qədər bilirik? - ARAŞDIRMA Jestlərlə ünsiyyət bacarığı: Bədənimizin dilini nə qədər bilirik? - ARAŞDIRMA Son zamanlar leksikonumuza yeni ifadələr daxil olur. Bunlardan daha mütəmadi rastlaşdıqlarımızdan biri “bədən dili” ifadəsidir. Bəs bədən dili nədir? Far.Az xəb

Son zamanlar leksikonumuza yeni ifadələr daxil olur. Bunlardan daha mütəmadi rastlaşdıqlarımızdan biri “bədən dili” ifadəsidir. Bəs bədən dili nədir?

Far.Az xəbər verir ki, bu barədə “Kaspi” qəzetində maraqlı məqalə yayımlanıb.

Bədən dili bir ünsiyyət vasitəsidir. Sözlərdən ibarət olmayan bu vasitə bəzən sözdən daha güclü effektə malik olur. Həm söz, həm də bədən dilindən istifadə edə bilən insanlar, ünsiyyətdə bir addım öndə olurlar. Çünki fikirlərini, düşüncələrini daha dəqiq və effektiv şəkildə çatdıra bilirlər.

Bədən dili əl-qol hərəkətləri, üz mimikaları, göz hərəkətləri ilə özünü ifadə edir. Bütün bunlar kompleks şəklində olanda insan qarşısındakı insanı, hətta deyərdim ki, ovsunlaya da bilir. Bəzən isə sözlərin ifadə edə bilmədiyini məhz bədən dili rahat və dolğun şəkildə çatdıra bilir.

Amma burda bir məsələ var ki, bədin dilindən, əl-qol hərəkətlərindən ifrat dərəcədə istifadə etmək olmaz. Yəni danışıq zamanı, əslində, nə tamam sakit, sabit və tərpənişsiz dayanmaq, nə də həddindən artıq hərəkətli olmaq işə yarayır.

Hər ikisi qarşınızdakı insanı sıxa, narahat edə bilər. Bundan qaçmaq üçün, necə deyərlər, qızıl ortanı tapmaq lazımdır.

Gəlin bir neçə məşhur bədən dili hərəkətlərindən danışaq. Məsələn, deyirlər ki, gözlər qəlbin aynasıdır.

Elə gözləri götürək. Bir adamla danışanda danışıq istər iş, istər dost, istər sevgi münasibəti üzərində olsun, fərq etməz, gözləri çox o yana-bu yana qaçırırsınızsa, qarşıdakı adam sizin yalançı olduğunuzu düşünər.

Amma dirəşib adamın gözünün içinə baxmaq da yaxşı deyil. Onda da qarşınızdakı adam bundan narahat olacaq və sizinlə söhbətdən yayınmağa cəhd edəcək.

Nəticədə siz müsbət heç nə əldə edə bilməyəcəksiniz. Dediyim kimi, burada qızıl ortanı tapmaq lazımdır. Həddindən artıq əl-qol hərəkətləri də hər hansı bir mövzuda danışdığınız adamı narahat edə bilər.

Çünki o zamanın həmin adamın fikri gedən söhbətdən yayınacaq, fikirlərini cəmləyə bilməyib söhbətdən uzaqlaşmağa çalışacaq. Ümumiyyətlə, danışanda səs tonuna da nəzarət etmək lazımdır.

Səs tonu söhbətə uyğun tərzdə olmalıdır. Yəni səsin də söz və hərəkətlər kimi əhəmiyyəti böyükdür. Belə deyək ki, hər şey bir-birini tamamlamalıdır.

Bədən dili son dönəmlərdə ədəbiyyatda da özünü təzahür edir. Belə ki, bu mövzuda həddindən artıq kitablar var. İnsanlar motivasiya kitabları ilə yanaşı, eyni zamanda bu cür kitablara da müraciət edirlər.

Çünki indiki gənclik düşünür ki, həm özünü anlada bilmək üçün, həm də qarşı tərəfi yaxşı anlaya bilmək və aldanmamaq üçün bədən dilindən istifadə etmək lazımdır.

Bədən dili haqqında olan kitablardan ən məşhurlarından biri Allan Pizin “Bədən hərəkətlərinin dili”dir. Bu, son 10-20 ilin dünya bestsellerinə çevrilən, 26 dilə tərcümə olunan və artıq 12 milyondan çox nüsxə çap olunan bir kitabdır.

Kitab oxucunun qarşısında yeni üfüqlər açır, onu yeni dünyaya gətirir, fikrini bəlkə də indiyə qədər diqqət yetirmədiyi sadə şeylərə yönəltməklə yeni-yeni bilgilər verir.

Yevgeniya Şestakovanın “Nitqdən daha çox. Mimika, jest və intonasiyanı idarə etmək” kitabı da maraq doğuran ədəbiyyatlardandır.

Kitabda 80% informasiyanın sözdən çox, jest, mimika və intonasiya ilə ötürülməsindən danışılır. Təcrübəli natiqlər onları düzgün və uyğun şəkildə dəyişməklə auditoriyanın diqqətini cəlb edə, inandıra və hətta müəyyən bir ovqat da yarada bilirlər.

Kitabı oxumaqla başqalarının hərəkətlərinin arxasında nələrin dayandığını, həmçinin də mimikalarını, intonasiyaları düzgün idarə etməyi öyrənmək olar.

Lillian Qlassın “Mən sizin fikirləri oxuyuram” adlı kitabı da sevilən, çox satılan nəşrlərdəndir. Əgər telepatlara paxıllığınız tutursa, başqa bir insanın daxili dünyasını bilmək, öyrənmək, düşüncələrini oxumaq istəyirsinizsə, bu kitab məhz sizin üçündür, dostlar.

Məşhur psixoloq Lillian Qlassın kitabını oxuyub insanları açıq-aydın görə bilərsiniz. Öz jestlərinizi, hərəkətlərinizi istədiyiniz kimi idarə edə bilərsiniz.

Jossef Messinjerin “Jestlərin lüğəti” kitabı da bir başqa yöndən diqqəti cəlb edir. Hamıya məlumdur ki, insan əgər həyatını dəyişmək istəyirsə, birinci əməllərindən başlamalıdır.

Əməllər deyəndə, bəlkə, elə hərəkət və jestləri nəzərdə tutaq? Bu, başqa bir obrazın, başqa bir insanın yaranması, formalaşması üçün elə ilk addım ola bilər. Bu unikal kitab sizə insanlarla ünsiyyəti rahatlaşdıracaq, işdə, eşqdə uğur gətirəcək.

Hansı söz və jestlərin başqalarının gözündə sizi ucalda, hansı sözlərin isə gözündən sala biləcəyini öyrənəcəksiniz. Üstəgəl də hansı hərəkət və jestlərin əks cinsdə maraq oyadacağını görəcəksiniz.

Bununla yanaşı, başqa adamların 1000-dən çox jestinin mənasını öyrənə, onları fərqləndirə biləcəksiniz. Özünüzü cəmiyyət içində, insanlar içində rahat və sərbəst hiss edəcəksiniz. Qısası, oxumağa dəyər.

Far.Az
Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Energetika

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq
Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib

Region

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var

Region

Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var

Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var
Peskov terror aktında “Ukrayna izi”nin olmasını təsdiqləməyib: Hələlik rəsmi versiya açıqlanmayıb

Region

Peskov terror aktında “Ukrayna izi”nin olmasını təsdiqləməyib: Hələlik rəsmi versiya açıqlanmayıb

Peskov terror aktında “Ukrayna izi”nin olmasını təsdiqləməyib: Hələlik rəsmi versiya açıqlanmayıb
Latviya XİN rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib

Region

Latviya XİN rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib

Latviya XİN rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib
“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb

Region

“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb

“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
İraqın şimalından qaçan PKK terrorçusu təslim olub 

Region

İraqın şimalından qaçan PKK terrorçusu təslim olub 

İraqın şimalından qaçan PKK terrorçusu təslim olub 
Ərdoğan: Qəzza ilə bağlı BMT qətnaməsinin icrasına səy göstərəcəyik

Region

Ərdoğan: Qəzza ilə bağlı BMT qətnaməsinin icrasına səy göstərəcəyik

Ərdoğan: Qəzza ilə bağlı BMT qətnaməsinin icrasına səy göstərəcəyik