İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından ərzaq yüklü daha 4 gəminin çıxışına icazə verib.
Far.Az-nın xəbərinə görə, bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.
Gəmilərin ümumi yükü 92,5 min tondur. Onlar Türkiyə, Livan və Niderlanda günəbaxan yağı, taxıl və qarğıdalı daşıyır.