Rusiyada son sutka ərzində daha 8875 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 18 110 861 nəfərə çatıb.
Son sutka ərzində 197 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 374 368 nəfərə çatıb.