Türkiyənin daxili işlər naziri Süleyman Soylu tviter hesabında Azərbaycanca paylaşım edib.
“Report” xəbər verir ki, DİN rəhbəri sosial şəbəkə hesabında Azərbaycana dəstək verib.
“Birdir hər bir halımız,
Sevincimiz – məlalımız.
Bayraqlarda ayparamız,
Azərbaycan-Türkiyə”
Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən toqquşmalara şəhid olan azərbaycanlı qardaşlarımıza Allah rəhmət eləsin. Can Azərbaycan xalqına başsağlığı verirəm.
Məqamları yüksək olsun inşallah”, - Süleyman Soylu sosial şəbəkə hesabında yazıb.