

3 yaşa qədər uşağı olan anaları SEVİNDİRƏCƏK XƏBƏR
Azərbaycanda 3 yaşınadək uşağa baxan valideynlər üçün çevik və qısaldılmış iş rejiminin tətbiqi təklif olunur.
Far.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirə edilib.
Deputat Fatma Yıldırım bildirib ki, azyaşlı uşağa qulluq edən, eyni zamanda işləmək istəyən çox sayda valideyn var:
"Onların işləməsi üçün onlayn və çevik iş rejimi yaradılmalıdır. Bu rejim qanunla tənzimlənməlidir ki, həm valideynin hüquqları qorunsun, həm də uşağa qulluq imkanı olsun".
Deputat qeyd edib ki, bu sahədə yeni mexanizm hazırlanmalıdır. Çünki bir çox ölkələrdə belə təcrübə var və yaxşı nəticə verir. Biz də bu təcrübəni nəzərə alıb təkliflər hazırlamalıyıq.
Qeyd edək ki, dünya təcrübəsi göstərir ki, bir çox inkişaf etmiş ölkələrdə valideynlərə xüsusi iş şəraiti yaradılır. Məsələn, Almaniyada "Elternzeit" adlı sistem var. Bu sistemə görə, valideynlər müəyyən müddətə işdən azad olunur, lakin onların iş yeri saxlanılır. Onlara çevik və qısaldılmış iş rejimi təklif edilir.
İsveçdə isə valideynlər uşaqları 8 yaşına çatana qədər çevik iş saatlarından istifadə edə bilirlər. Hökumət bu dövrdə valideynə maliyyə dəstəyi də verir. Finlandiyada analar və atalar üçün uzunmüddətli valideyn məzuniyyəti və evdən işləmək imkanları mövcuddur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycanda bu şəxslər dövlətdən hər ay müavinət ala bilər - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabirabadda traktor yanıb
-
Sumqayıtda güllələnm: Bir nəfər ölüb
-
İmtahanda 6 nəfərdə mobil telefon aşkarlanıb
-
DİN: İstirahət zonalarına əlavə polis əməkdaşları cəlb edilib
-
Bakı-Tbilisi uçuşunda dəyişiklik edilib? - AZAL-dan AÇIQLAMA
-
Azərbaycana gələn turistlər niyə hotellərə deyil, kənd evlərinə üz tutur?