Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüşündə ilk növbədə Yekaterinburqda qanunun ciddi şəkildə pozularaq, aralarında həm Azərbaycan və Rusiya vətəndaşları olan soydaşlarımızın qətli və xüsusi qəddarlıqla döyülərək xəsarət alması ilə bağlı Azərbaycan Respublikasının etiraz notası qarşı tərəfə təqdim olunub.
BAKU.WS xəbər verir ki bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə 1 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığı, Yekaterinburqda baş verən hadisələr, eləcə də Rusiyanın "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin filialı olan "Sputnik-Azərbaycan"ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı məsələlərin müzakirə olunduğu barədə Rusiya XİN-in məlumatını şərh edərkən bildirib.
Qeyd edilib ki, notada bununla yanaşı, Rusiya hüquq-mühafizə orqanları tərəfindən həmvətənlərimizin dindirilməsi zamanı tətbiq edilən işgəncə və ləyaqəti alçaldan hərəkətlərdən istifadə edilməsinə görə qəti etiraz bildirilib.
"Hüquq-mühafizə orqanlarının bu hərəkətlərinin Rusiya Federasiyasının qanunvericiliyinin və beynəlxalq səviyyədə qəbul olunmuş əsas insan hüquq və azadlıqlarının pozuntusu olduğu diqqətə çatdırılıb.
Bununla yanaşı, reydlərin təşkili və keçirilməsi zamanı azərbaycanlılara qarşı nümayiş etdirilən etnik dözümsüzlük, bu kimi halların Rusiya mediasında işıqlandırılmasının ciddi narahatlıq doğurduğu bildirilib.
Rusiya hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətlərinin, həmvətənlərimizin qətlinin və ağır yaralanmasının Azərbaycan Respublikası ictimaiyyətində son dərəcə mənfi reaksiyaya səbəb olduğu qeyd edilib.
Rusiya tərəfindən bu hücumların hərtərəfli və obyektiv araşdırılması, habelə təqsirkarların Rusiya Federasiyasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün təcili tədbirlər görülməsi tələb olunub.
"Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi təqdim edilən "Sputnik-Azərbaycan"ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı səfir öz növbəsində ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının ofisdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ölkəmizin qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə tam uyğundur.
Məlum olduğu kimi, cari ilin 12 fevral tarixində "Rossiya seqodnya" beynəlxalq informasiya ağentliyi" Federal Dövlət Unitar müəssisənin Bakı filialının rəhbəri XİN-ə çağırılaraq, onların ölkəmizdə filial və nümayəndəlik kimi fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı diqqətə çatdırılıb və filialın fəaliyyətini 3 gün ərzində dayandırması haqqında bildiriş qarşı tərəfə təqdim edilib. Buna baxmayaraq, qeyd edilən filialın akkreditasiyası ləğv edilmiş Rusiya Federasiyası vətəndaşları və filial qanunsuz şəkildə fəaliyyətini davam etdirib.
Daxili İşlər Nazirliyinin məlumatında da qeyd edildiyi kimi, hal-hazırda sözügedən qanunsuz fəaliyyət ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb və istintaq tədbirləri davam etdirilir.
Bununla əlaqədar, Rusiya tərəfinin narazılığının heç bir əsası olmadığı diqqətə çatdırılıb və Rusiya tərəfi Azərbaycanın daxili işlərinə qarışmamağa çağırılıb.
Rusiya hüquq-mühafizə orqanlarından fərqli olaraq, Azərbaycan tərəfinin tədbirlərinin və onların həyata keçirilmə tərzinin tam qanuni olduğu bildirilib", - Ayxan Hacızadə qeyd edib.
Ümumilikdə, Rusiya tərəfindən həyata keçirilən qeyd edilən fəaliyyət və hərəkətlərin iki ölkə arasında ikitərəfli münasibətlərə zidd olduğu xatırlanıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Cəmil Məmmədli: "Dürüst yaşayan yapon da müsəlmandır"
-
İran: ABŞ və İsrail münaqişədən sonra raketlərin yerini doldurmaqda problem yaşayacaqlar













