"Anadolu Qartalı - 2025" beynəlxalq təlimində 75 hərbi təyyarə iştirak edir
Far.Az xəbər saytı

"Anadolu Qartalı - 2025" beynəlxalq təlimində 75 hərbi təyyarə iştirak edir


Bu il Türkiyənin Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2025" beynəlxalq təlimində ümumilikdə 75 hərbi təyyarə iştirak edir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyə Hava Qüvvələrinin (THQ) əməkdaşı Fetek Karakuş təlimlə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, təlimə THQ-nin 45, digər ölkələrin isə 30 hərbi təyyarəsi qatılıb:

"Azərbaycan isə iki "SU-25" təyyarəsi ilə təlimdə iştirak edir".

Qeyd edək ki, təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və NATO rəsmiləri iştirak edir.

Bundan başqa, Malaziya, Braziliya, Bolqarıstan, Mali və Nigeriya müşahidəçi qismində təlimi izləyir. Məqsəd ssenaridə, real müharibə şəraitində bütün iştirakçıların bilik, bacarıq və təcrübələrini bölüşmək və birləşmiş əməliyyatlar üçün təlim səviyyələrini artırmaqdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan pilotları "Anadolu Qartalı - 2025" beynəlxalq təlimində uçuşlar həyata keçirib
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında anlaşma memorandumları imzalanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər