Məsud Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.
Onun sözlərinə görə, İrana hücumlar nəticəsində çox böyük insan və maddi itkilər oldu:
"Təbii ki, silahlı qüvvələrimiz Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 57-ci maddəsinə uyğun olaraq, İranın şərəfli xalqını, onun milli suverenliyini, ölkənin ərazi bütövlüyünü qanuni şəkildə müdafiə edərək bölgədə müharibənin yayılmasının qarşısını aldı".
İran prezidenti region ölkələrinin rəsmilərinin, İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin son böhran zamanı tutduğu mövqelərə təşəkkürünü bildirib:
"İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici Əlaqələr Şurasının son iclasından indiyədək bir çox regional, qlobal təşkilat və bloklar İran İslam Respublikasına qarşı hücumları pisləməkdə qəti mövqe nümayiş etdirməyib. ECO sammiti son hücumların pislənilməsi üçün fürsətdir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir, İlham Əliyev çıxış edib
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
Sular üzərində qurulan möcüzə
-
Qafqazın ən böyük tunelindən GÖRÜNTÜLƏR













