Ali  Məhkəmə inzibati mübahisələrə dair işlərlə bağlı qərar qəbul edib
Far.Az xəbər saytı

Ali Məhkəmə inzibati mübahisələrə dair işlərlə bağlı qərar qəbul edib


Bu gün Azərbaycan Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, İclasda "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarının tətbiqi ilə bağlı aparılmış monitorinqin nəticələrinə dair arayış müzakirə edilib.

"İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərar layihəsi də müzakirəyə çıxarılıb və müvafiq qərar verilib.

Həmçinin "Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında" və "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərar layihələri barədə məlumat verilib.

İclasda "Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyalarının tərkiblərinin təşkili barədə" 2024-cü il 9 oktyabr tarixli 10 nömrəli Plenum qərarında dəyişiklik edilməsi haqqında Qərar səsverməyə qoyularaq qəbul edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB - 4
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər