Qazla əlaqədar yeni sabit aylıq tarif olacaq - QANUN
Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında "Qaz təchizatı haqqında" qanun layihəsi III oxunuşda qəbul olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, yeni qanun təbii qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyəcək və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək.
Sənədə əsasən, Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymətin (tarifin) müəyyən edilməsi nəzərdə tutulur. Həmin qiymətlərə (tariflər) qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri, qazın paylanması tarifləri, istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri və sabit tarif daxildir.
Qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri və istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri, sabit tarif qiymətləri (tariflər) bu qanunun qüvvəyə mindiyi gündən, qazın paylanması tarifləri isə 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-nə qədər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək.
Tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-nə qədər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymət müəyyənləşdirilir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?
Azərbaycanda elektrik enerji ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İftar vaxtı - 16 mart 2026: Ramazanın 26-cı günü
-
Premyer Liqa: "Qəbələ"yə qalib gələn "Neftçi" turnir cədvəlində irəliləyib
-
Pentaqon İran dronları ilə mübarizə aparmaq üçün səmərəli yol tapıb
-
Məzuniyyətə çıxmaq istəyənlərin NƏZƏRİNƏ - Əməkhaqqı belə hesablanır
-
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 850-yə çatıb
-
ABŞ Hörmüz boğazından keçən gəmilərin mühafizəsində digər ölkələrin də iştirak etməsini istəyir













