Azərbaycanda hava məkanından istifadə və uçuş Qaydaları yenilənib – Nazirlər Kabineti yeni qərar qəbul etdi
Far.Az xəbər saytı

Azərbaycanda hava məkanından istifadə və uçuş Qaydaları yenilənib – Nazirlər Kabineti yeni qərar qəbul etdi


Nazirlər Kabineti "Hava məkanından istifadə və uçuş Qaydaları"nı təsdiq edib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Bundan başqa, hökumətin "Hava məkanından istifadə Qaydaları"nın və "Uçuş Qaydaları"nın təsdiq edilməsi barədə 15 yanvar 2013-cü il tarixli qərarları qüvvədən düşüb.

Qaydalar "Aviasiya haqqında" qanuna uyğun hazırlanıb, onunla tənzimlənməyən məsələlər Qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 7 dekabr 1944-cü il tarixli Konvensiyaya uyğun həyata keçirilir.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının vaxtaşırı etdiyi düzəliş və dəyişikliklər ölkə qanunvericiliyi ilə ziddiyyət təşkil etmədiyi hallarda bu Qaydaların tərkib hissəsi kimi qəbul olunur.

Hava məkanının bütün istifadəçiləri (o cümlədən ölkədə qeydiyyata alınmış hava gəmisinin istismarçıları) Qaydaların tələblərini yerinə yetirməlidirlər.

Uçuşların təşkili və yerinə yetirilməsi, hava hərəkətinin idarə olunması ilə məşğul olan subyektlərin dərc etdiyi müvafiq sənədlər (əmr, sərəncam, təlimat və s.) bu Qaydaların tələblərinə uyğun olmalıdır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər