Təhsil haqları artır, keyfiyyət yerində "sayır" – Ekspertdən universitet qiymətləri ilə bağlı AÇIQLAMA
Son illərdə ali təhsil müəssisələrində təhsil haqlarında kəskin artım müşahidə olunur. Bəzi ixtisaslar üzrə qiymətlər 2-3, hətta 4 dəfəyə qədər yüksəlib. Təhsil haqlarının artması isə ictimaiyyətdə ciddi narahatlıq doğurur.
Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, qiymət artımına səbəb kimi əsasən sosial-iqtisadi göstəricilərin dəyişməsi, inflyasiya və universitetlərin ümumi xərclərinin artması göstərilir. Lakin ekspert qeyd edir ki, təhsil haqlarındakı artım, təəssüf ki, tədrisin keyfiyyəti ilə paralel inkişaf etmir:
"Əgər universitet təhsil haqqını artırırsa, bu artımın arxasında ciddi islahatlar, keyfiyyət dəyişikliyi və akademik göstəricilərdə yüksəliş dayanmalıdır. Təəssüf ki, hazırda bu paralellik müşahidə olunmur. Qiymət artır, amma tələbəyə təqdim olunan tədris, infrastruktur və akademik resurslar eyni səviyyədə qalır."
Rizvan Fikrətoğlunun sözlərinə görə, yalnız son 2 il ərzində bəzi universitetlərdə təhsil haqları 200-500 manat civarında artıb. Bu da bir çox ailə üçün maddi çətinlik yaradır.
Ekspert hesab edir ki, təhsil haqlarının tənzimlənməsi və şəffaf əsaslandırılması üçün dövlət səviyyəsində monitorinqlər aparılmalı, universitetlərin xərcləri və təqdim etdiyi xidmətlər cəmiyyətə açıq şəkildə təqdim edilməlidir.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Qiymətlər yenidən sürətlə artmağa başlayıb - SƏBƏB NƏDİR?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda səhiyyə və sosial müdafiə sistemlərinin koordinasiyası gücləndirilir
-
DMM: Bəziləri Türkiyənin dövlət qurumlarının işinə kölgə salmağa çalışır
-
"Bloomberg": ABŞ və İran atəşkəsin daha iki həftə uzadılmasını nəzərdən keçirirlər
-
İTV-yə yeni baş direktor nə vaxt seçiləcək? - Telekanal rəsmisindən AÇIQLAMA
-
Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
-
Azərbaycanda əl işlərinin elektron satışından əldə edilən gəlirlərə vergi yoxlaması tətbiq ediləcək













