Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza Ziya Bünyadov prospektində baş verib.
“Mercedes” markalı kiçik mikroavtobus eyni istiqamətdə hərəkətdə olan “Hyundai” markalı avtomobilə çırpılıb.
Hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.