Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq
Far.Az xəbər saytı

Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq


Slovakiya Azərbaycanda fəxri konsulluq açmağı planlaşdırır.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Slovakiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. 

"Azərbaycanla əməkdaşlığın genişləndirilməsində əsas prioritetlər: Slovakiya şirkətlərinə fəal dəstək, Azərbaycanda fəxri konsulluğun açılmasına hazırlıq və iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsidir", - qurumdan qeyd edilib.

Eyni zamanda, bildirilib ki, Slovakiyanın xarici işlər naziri Yuray Blanar bu ölkənin Azərbaycandakı yeni təyin olunmuş səfiri Elçin Qasımovla görüşüb.

Görüş zamanı nazir vurğulayıb ki, Slovakiya Azərbaycanla münasibətlərin dərinləşdirilməsində qarşılıqlı maraq görür: "Ötən il Azərbaycan və Slovakiya arasında ikitərəfli əməkdaşlıq əhəmiyyətli dərəcədə güclənib. Slovakiyanın Baş nazirinin Bakıya səfəri zamanı biz strateji tərəfdaşlıq yolunda qarşılıqlı addımları aktivləşdirdik".

Öz növbəsində, E.Qasımov vurğulayıb ki, Azərbaycan müxtəlif sahələrdə Slovakiyanın iqtisadi tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir: "Azərbaycan özünü getdikcə daha çox Slovakiyanın perspektivli biznes tərəfdaşı kimi təqdim edir. Energetika və müdafiə sənayesi ilə yanaşı, bu, həmçinin İT və nəqliyyat sahəsinə də aiddir".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan və Slovakiya XİN başçıları regional sülh səylərini müzakirə ediblər - YENİLƏNİB
Ad və soyadlarda dəyişiklik etmək üçün nə edilməlidir? - AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər