Fərid Əhmədov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb
Far.Az xəbər saytı

Fərid Əhmədov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb


Ədliyyə naziri Fərid Əhmədov Azərbaycanda səfərdə olan İraq Respublikası Federal Ali Məhkəməsinin sədri Munther İbrahim Hüsseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan və İraqın müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirdiyi, qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub.

Fərid Əhmədov hər iki xalqı oxşar tarix, ortaq din və digər mənəvi tellərin bağladığını vurğulayaraq bu səfərin dövlətlərimiz arasında əlaqələrin, xüsusilə hüquqi əməkdaşlığın inkişafına əlavə təkan verəcəyini bildirib. Nazir qeyd edib ki, ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin inkişafı üçün geniş imkanlar var.

Munther İbrahim Hüsseyn səmimi qəbula görə öz minnətdarlığını bildirərək qarşılıqlı səfərlərin ölkələr arasında məhkəmə və ədliyyə sahəsində əməkdaşlığın genişlənməsinə təkan verdiyini, hüquqi sahədə əldə olunan irəliləyişləri, eləcə də belə səfərlərin qarşılıqlı təcrübələrin öyrənilməsində vacibliyini qeyd edib.

Görüşdə, həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər