Abşeronda taksidə dava düşdü, müştəri sürücünü bıçaqladı
Abşeron rayonunda taksidə dava düşüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində baş verib.
Belə ki, metronun "20 Yanvar" stansiyasının qarşısından Qobu qəsəbəsinə getmək istəyən Qərib Axundov (soyad şərtidir) orada Cavidan adlı taksi sürücüsünə yaxınlaşaraq ünvanı deyib. Taksi sürücüsü onu ünvana aparmağa söz verib və müştəri ilə taksi sürücüsü 2 manata razılaşıblar. Cavidan avtomobilə daha üç nəfər sərnişin götürərək Qobu qəsəbəsinə yollanıb.
Digər sərnişinlər düşdükdən sonra Cavidan Qəribdən hansı ünvanda düşəcəyini soruşub. O isə bildirib ki, ünvana çatmaq üçün daha bir neçə kilometr getməlidirlər. Cavidan həmin ərazidə yolun bərbad vəziyyətdə olduğunu bildirib və ondan dayandığı yerdə düşməsini istəyib. Qərib isə onu ünvana aparmasını tələb edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb və Qərib pulu vermədən avtomobildən düşüb. Cavidan ondan pulu tələb etsə də, Qərib həmin pulla başqa taksi çağıracağını bildirib. Nəticədə Cavidan avtomobildən düşərək Qəribi yumruqla vurub. Bunu görən Qərib cibindəki bıçaqla Cavidanın çiyin və kürək hissəsinə iki zərbə endirib.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Q.Axundov 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Yalçın Rəfiyev: SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına Azərbaycan dəstək verməyə hazırdır
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq - YENİLƏNİB
-
Zelenski Ukrayna ordusunda islahatların iyunda başlayacağını elan edib
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib













