Dini ibadət yerlərində “Yaşıl gələcək naminə” aksiyası keçirilib
Xaçmaz və Şabran rayonlarında yerləşən dini ibadət yerlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Yaşıl gələcək naminə” aksiyası keçirilib.
Bu barədə "Far.Az"a Komitədən məlumat verilib.
Bildirilib ki, din xadimləri, eləcə də dini icma nümayəndələrinin işirak etdikləri aksiyada Xaçmaz və Şabran rayonlarındakı dini ibadət evlərinin ətrafında təmizlik-abadlıq, yaşıllaşdırma işləri aparılıb, ağac və gül kollarına qulluq olunub.
Qeyd edilib ki, “Yaşıl gələcək naminə” aksiyası cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və ictimai məkanların abadlaşdırılmasına töhfə verməklə yanaşı, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyır.
Oxşar xəbərlər
Neftçalada Kür çayı sahilində təmizlik aksiyası keçirilib
Ekoloji şəffaflığın qorunması məqsədilə növbəti ictimai dinləmə keçirilib
Azərbaycanda çoxuşaqlı ailələrin sayı açıqlanıb
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Mehriban Əliyevanın doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb
-
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
-
"Nvidia" rəhbəri Qazaxıstanı fiziki süni intellektin qlobal mərkəzinə çevirməyi təklif edib
-
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
-
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
-
Bakıda sürücülər üçün 40 manatlıq "tələ"













