Şimali Makedoniya mediası Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünü işıqlandırıb
Far.Az xəbər saytı

Şimali Makedoniya mediası Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünü işıqlandırıb


Şimali Makedoniyanın aparıcı media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirdikləri görüşə geniş yer ayırıb.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "MIA" informasiya agentliyinin yaydığı materialda üç ölkə rəhbərinin Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqtondakı görüşünə dair Birgə Bəyannaməni imzaladıqları bildirilib. Ağ Evdə keçirilən görüşün əhəmiyyəti vurğulanıb, ABŞ Prezidenti Donald Trampın Ermənistanla Azərbaycan arasında əbədi barışıq elan etdiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, bununla da iki ölkə arasında onilliklər ərzində davam edən müharibəyə son qoyulub, əbədi sülhə nail olunub.

Bu ölkənin "Sloboden Pečat" qəzeti Vaşinqtonda imzalanan Birgə Bəyannaməni tarixi hadisə adlandırıb. Vurğulanıb ki, Bəyannamədə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) yaradılması qeyd edilib.

"Meta", "Plus Info", "Slobodna Evropa", "SDK", "Gazeta Express" kimi portalların materiallarında da Birgə Bəyannamə ilə liderlərin Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin razılaşdırılmış mətninin paraflanmasına şahidlik etdikləri vurğulanıb.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Qlobal media Donald Tramp, İlham Əliyev və Nikol Paşinyan arasında görüşü diqqət mərkəzində saxlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər