Rusiyalı deputat gülünc fikirlərlə Azərbaycanı hədələdi
Kremlin təbliğatçılarının ardınca Rusiya Dövlət Dumasından da Bakıya qarşı hədələr gəlir. Belə ki, Moskva Bakının Ukraynaya humanitar yardım göndərmək qərarına cavab olaraq Azərbaycan mallarının idxalına qadağa qoya bilər.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı deputat Andrey Qurulyov özünün "Telegram" kanalında bəyan edib.
O, Rusiyanın Azərbaycan məhsullarının idxalına qadağa tətbiq edə biləcəyini deyib.
Deputat "Əgər Rusiyada piştaxtalarda Azərbaycandan gələn mal yoxdursa, o zaman bizim üçün heç nə dəyişməyəcək, amma onlar üçün çox şey dəyişəcək", - kimi gülünc fikirlər səsləndirib.
Onun fikrincə, Rusiya kimi böyük qonşu ilə münasibətləri korlamaq ağılsızlıqdır. Qurulyov qeyd edib ki, Rusiyada azərbaycanlı sahibkarları da "çimdikləmək" mümkündür.
Deputat, həmçinin, "xüsusi hərbi əməliyyat"ın çevik anlayış olduğunu və Rusiya sərhədləri boyunca geniş şəkildə tətbiq oluna biləcəyini vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya propaqandası sahəsində tanınan Vladimir Solovyov və hərbi jurnalist Yuri Podalyaka da Azərbaycan əleyhinə təhdidlər səsləndirib.
Avqustun 11-də Azərbaycan prezidenti İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi üçün vəsaitin göndərilməsi haqqında sərəncam verib. Məlumata görə, vəsait (iki milyon ABŞ dollarının manat ekvivalentində) ölkənin ehtiyat fondundan ayrılacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycanlı deputata qarşı həqarət: Kremlin müəyyən dairələrində rasizm və diskriminasiya halları artır - ŞƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir













