Paris-2024: Azərbaycan parataekvondoçusu qızıl medal qazanıb – YENİLƏNİB-2
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.
"Far.Az"un məlumatına görə, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı finalda türkiyəli Fatih Çəliklə qarşılaşıb.
Rəqibinə qalib gələn idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu Azərbaycanın Paris-2024-də qazandığı ikinci medal olub. Paralimpiadanın ilk günündə parataekvondoçumuz Sabir Zeynalov (58 kq, K44) bürünc medal qazanıb.
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
"Far.Az"un məlumatına görə, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı bu mərhələdə Javokhir Alikulovla (Özbəkistan) üz-üzə gəlib.
Rəqibinə 7:2 hesabı ilə qalib gələn Xəlilov finala vəsiqə qazanıb.
Bununla da parataekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.
Qeyd edək ki, İ.Xəlilov həlledici görüşdə türkiyəli Fatih Çəliklə qarşılaşacaq.
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.
"Far.Az"un məlumatına görə, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda Miçel Ernesto Uolkerlə (Kuba) üz-üzə gəlib.
Rəqibinə 12:2 hesabı ilə qalib gələn Xəlilov yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan parataekvondoçusu finala yüksəlib - YENİLƏNİB
Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb - YENİLƏNİB
Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal uğrunda görüşdə iştirak edəcək
Parataekvondoçumuz Olimpiadanın finalına yüksəlib
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": MKİ rəhbəri Moskvada Tramp, Putin və Zelenski arasında görüş keçirilməsini təklif edib
-
"JPost": Netanyahunun oğlu sui-qəsd təhlükəsinə görə təcili olaraq ABŞ-dən İsrailə təxliyə edilib
-
Serbiyalı boksçu Velyko Rajnatoviç "Balkan Boxing 11" turnirində rəqibinə nokautla qalib gəlib
-
Azərbaycan Premyer Liqası: III turda bu gün daha iki qarşılaşma baş tutacaq
-
FT: Airbus ABŞ-dəki kosmik bölməsini satmaq niyyətindədir
-
Ankaraya 23 il rəhbərlik etmiş Melih Gökçek barəsində istintaq başladılıb













