Fuad Nəcəfli səsvermə hüququndan istifadə edib
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhərində 4 saylı seçki dairəsinin 32 saylı seçki məntəqəsində səs verib.
"Report"un yerli bürosunun məlumatına görə, səlahiyyətli nümayəndə həmçinin burada təşkil olunmuş Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə 27 saylı seçki dairəsində də səs verib.
2024-cü il sentyabrın 1-i Azərbaycanda Milli Məclisə növbədənkənar parlament seçkiləri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də seçkilər keçirilir.
Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Oxşar xəbərlər
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Saat 10:00-a olan seçici fəallığı: Seçicilərin 9,92 faizi səsvermə hüququndan istifadə edib
Sumqayıtda səsvermə seçici fəallığı şəraitində keçirilir
Baş prokuror Kamran Əliyev səs verib
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib













