Azərbaycanda pensiya alanlara ŞAD XƏBƏR - Bu tarixdən ARTIM OLACAQ
"Hər ilin yanvar ayında əmək pensiyaları indeksləşdirilərək artırılır və 2026-cı ilin yanvar ayından da bütün növ əmək pensiyalarının artırılması həyata keçiriləcək".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, hazırda əmək pensiyalarının üç növü var: "Bunlar yaşa və əlilliyə görə əmək pensiyaları, eyni zamanda valideynlərini itirməyə görə əmək pensiyası.
Hər üç pensiya indeksləşdirmə nəticəsində növbəti ilin yanvarından etibarən yanvardan etibarən artımları müşahidə edəcək. Pensiya artımları 1,1 milyondan artıq vətəndaşımızı əhatə edəcək. Bu da təbii ki, birbaşa həmin vətəndaşlarımızın əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlıdır.
Artım faizi 2025-ci ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq həyata keçiriləcək. Fazilərin miqdarı ilin sonuna doğru bəlli olacaq. Hələlik il başa çatmadığı üçün konkret artım faizi bəlli deyil. Amma 2025-ci ildə orta aylıq əməkhaqqı nə qədər artacaqsa, ona uyğun olaraq 2026-cı ilin yanvarın birindən etibarən əmək pensiyası indeksləşdirilərək artırılacaq.
Bu, "Əmək pensiyaları haqqında" qanunun tələbidir. Bir neçə il öncəyədək təxminən 100 min vətəndaşımızın əmək pensiyası indeksləşdirildi, amma artıq son illər o cümlədən 2026-c ildə bütün növ əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləği indeksləşdirilərək artırılacaq".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"ABZASMEDiA"nın GÖRÜNMƏYƏN ÜZÜ: yarımmilyonluq qrant, qaçaq pullar, məxfi hesablar və s...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
Mirzoyan: Rusiya Ermənistan dəmir yolunun Türkiyə və Azərbaycan sərhədinədək bərpasını müzakirəyə hazırdır
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib













