Azərbaycanda sabiq məktəb direktoruna elektron qolbaq taxıldı
Cəlilabad Rayon Məhkəməsində mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə və vəzifə saxtakarlığında təqsirləndirilən Cəlilabad rayon Sarxanlı kənd orta məktəbinin sabiq direktoru Camal Bəşirovun barəsindəki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Far.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Elxan Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Hökmə əsasən, C.Bəşirov 2 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Qeyd edək ki, rəsmi məlumata görə, Cəlilabad rayon Sarxanlı kənd orta məktəbinin sabiq direktoru Camal Bəşirovun qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda cinayət işinin istintaqı araşdırılıb. Toplanmış sübutlarla onun qeyd olunan vəzifədə işlədiyi dövrdə faktiki işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 45 min manatdan artıq büdcə vəsaitini mənimsəmə və israf etməsinə əsaslı şübhələr müəyyən edilib.
Camal Bəşirova Cinayət Məcəlləsinin qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı maddələri ilə yekun ittiham elan edilib, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Azərbaycanda bələdiyyə sədrinə elektron qolbaq taxıldı
Ermənistan vətəndaşlarının ibtidai istintaqa ifadələrinin məhkəmədə elan olunması başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda idarəçilik modeli yenilənir
-
DÇ-2026: Cənubi Koreya Çexiya üzərində əzmkar qələbə qazanıb
-
TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib
-
9 nəfər işdən çıxarılıb, 31 nəfər məsuliyyətə cəlb edilib - TƏBİB
-
Azərbaycanda vergi borcları 3,3 milyard manatı keçib
-
Milli Məclis Qurtuluş günü ilə bağlı Prezidentə və Birinci vitse-prezidentə təbrik ünvanlayıb













