Həzi Aslanovda KÜÇƏDƏ YATAN hər iki azyaşlı valideynlərinə təhvil verilib
Həzi Aslanov metrostansiyası yaxınlığında küçədə qalması müəyyən olunan digər azyaşlı - 14 yaşlı uşaq da polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.
Bu barədə DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli BAKU.WS-ə bildirib.
***13:26
Həzi Aslanov metrostansiyası yaxınlığında azyaşlıların küçədə qalması ilə bağlı yayılan görüntülərlə əlaqədar polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
BAKU.WS xəbər verir ki, tədbirlər nəticəsində həmin azyaşlılardan biri – 14 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.
İlkin araşdırma zamanı azyaşlının valideynləri ilə mübahisə etdiyi və xəbərsiz evdən çıxdığı müəyyən edilib.
Hazırda digər azyaşlının da ailəsinə verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Şahanə Xankişiyeva
***12:11
Xətai rayonunda Həzi Aslanov metrostansiyası yaxınlığında azyaşlı uşaqların küçədə yatması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən yoxlanılıb.
DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli BAKU.WS-ə bildirib ki, əraziyə keçirilən baxış zamanı 2 uşağın orada olmadığı müəyyən edilib. Hazırda onların şəxsiyyətlərinin müəyyən olunması və qanunvericiliyə uyğun tədbirlərin görülməsi məqsədilə araşdırmalar aparılır.
Şahanə Xankişiyeva
***11:44
Həzi Aslanov metrosu yaxınlığında acınacaqlı mənzərə müşahidə olunub.
BAKU.WS-in "qaynar xətt"inə daxil olan şikayətə görə, iki azyaşlı uşaq yağışlı və soyuq havada kartonların üzərində yatıblar.
Vətəndaşlar bildiriblər ki, uşaqların bu şəraitdə qalması həm sağlamlıq, həm də təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Həzi Aslanovda KÜÇƏDƏ YATAN azyaşlı valideynlərinə təhvil verilib
Həzi Aslanovda KÜÇƏDƏ YATAN azyaşlılar valideynlərinə təhvil verilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyində provayderlərin məsuliyyəti xüsusi əhəmiyyət daşıyır
-
Regionun taleyini dəyişəcək proses: Bakı və Ankaradan tarixi layihə
-
Arazda batan məktəblinin axtarışları üçün çayda suyun səviyyəsi endirilib
-
Günəşlidə 4 maşın toqquşub
-
Dünya Çempionatı öncəsi komandaları narkotik itləriylə YOXLADILAR
-
Lisey və gimnaziyalara qəbul üçün elektron qeydiyyat başlayır













